Uçan naməlum obyekt (kompüter qrafikası)

Yadplanetliləri niyə görə bilmədiyimizin səbəbi bəlli oldu

780
(Yenilənib 15:23 30.05.2017)
Mütəxəssislərdən ibarət beynəlxalq komanda əmindir ki, kainatda çox sayda Yer planetindən kənar sivilizasiya mövcuddur

BAKI, 30 may — Sputnik. Oksford Universitetinin (Böyük Britaniya) filosofları Anders Sandberq və Stüart Armstronq, həmçinin Serbiyanın "Gələcək Bəşəriyyət" İnstitutunun əməkdaşı Milan Serkavik, insanların yadplanetliləri müşahidə edə bilməmələrinin səbəbini "Fermi paradoksu" ilə izah ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, alimlər "yay yuxusu hipotezi"ni irəli sürüblər.

Onların fikrincə, insanların yad sivilizasiyadan olanları fərq etməməsinin əsas səbəbi budur ki, hazırda yadplanetlilər fəal deyillər. Onlar fəallaşmaq üçün "gələcək kosmik era"nın gəlişini gözləyirlər.

Mütəxəssislərdən ibarət beynəlxalq komanda əmindir ki, kainatda çox sayda Yer planetindən kənar sivilizasiya mövcuddur. "Onlar bəşəriyyətin qarşısına daha əvvəl çıxıblar. Müəyyən zaman kəsiyində yadplanetlilər elə inkişaf səviyyəsinə çatıblar ki, sivilizasiyanın daha da modernləşdirilməsinə məhdudiyyət qoymalı olublar" — deyən alimlərin fikrincə, bizim yadplanetli qardaşlarımız hazırkı ağıl səviyyəsi ilə yalnız öz aralarında əlaqə qura bilirlər və bu müstəvidə Yer sakinlərinin gözünə görünmürlər.

Qeyd edək ki, "Fermi paradoksu" Yerdən kənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil, ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir. Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də nəzərə alındıqda, Yerdən kənar həyatın geniş olduğu ehtimalı üzə çıxır.

Bu mülahizəni 1950-ci ildə fizik Enriko Fermi yürüdərək soruşmuşdu: "Əgər "Süd yolu" daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmik vasitələr kimi dəlillərə rast gəlmirik?"

Mövzu ilə bağlı daha ətraflı müzakirələr Michael H. Hart-ın 1975-ci ildə yazdığı bir məqaləsi ilə başlayıb. Bu səbəbdən də sözügedən paradoks, çox vaxt "Fermi-Hart" paradoksu adlandırılır.

Belə bir sual da populyardır: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyilmi?!"

"Fermi paradoksu"nu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar olub. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə edirlər.

780
Teqlər:
"Fermi paradoksu", Stüart Armstronq, Anders Sandberq, mütəxəssis, yadplanetli, filosof, Oksford Universiteti
Əlaqədar
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib
Yadplanetlilər Yerə siqnal göndərdi
Yadplanetlilərin yeraltı bunkeri aşkarlandı
Ay yadplanetlilər tərəfindən işğal olunub
Yadplanetlilər bu şəkillərlə bizə nə demək istəyiblər?
Yadplanetlilərlə bağlı sensasiyalı xəbər
Amerikalılar yadplanetlilərin sirrini açdılar
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15