Dünyanın ən bahalı avtomobili təqdim olundu

Sweptail
Sweptail - Sputnik Azərbaycan
Abunə olmaq
"Sweptail"in qiyməti 13 mln. dollardır

BAKI, 29 may — Sputnik. Böyük Britaniyanın "Rolls-Royce" şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib.

"Report"un verdiyi məlumata görə, şirkətin "Sweptail" yeni və yeganə modeli İtaliyada keçirilən "Villa" eleqantlıq müsabiqəsində nümayiş olunub.

Məlumata görə, "Sweptail" sırf əl işidir və 1930-cu illərin "Rolls-Royce" avtomobillərinin üslubuna xas dizayn edilib.

Yeni avtomobilin dəyəri 13 mln. dollardır. Bununla da, "Rolls-Royce Sweptail" dünyanın ən bahalı avtomobili hesab edilir.

Xəbər lenti
0