Şirkət diktatorun reklamına görə tənqidə məruz qaldı

© Twitter/Walkers CrispsHari Linekerin çəkildiyi reklam
Hari Linekerin çəkildiyi reklam - Sputnik Azərbaycan
Abunə olmaq
Proqramın yaratdığı videoda eks-futbolçu Hari Lineker əlində Stalinin və BBC-nin pedofiliyaya görə mühakimə olunmuş aparıcılarının şəkilləri ilə ilə düşüb

BAKI, 29 may — Sputnik. Böyük Britaniyanın The Walkers Crisps çipslərinin istehsalçıları reklam üçün qəribə ideya fikirləşiblər. Onlar Twitter-dəki profil sahiblərindən öz şəkillərini göndərməyi xahiş ediblər. Sonra bu şəkillərdən reklam videosu düzəldilib. Lakin istehsalçılar göndərilən şəkillərə "əl gəzdirməyi" unudublar.

Nəticədə proqramın yaratdığı videoda eks-futbolçu Hari Lineker əlində Stalinin və BBC-nin pedofiliyaya görə mühakimə olunmuş aparıcılarının şəkilləri ilə düşüb. Videoda bu şəkillərə baxan Lineker hər dəfə "yaxşı selfidir" ifadəsini işlədirmiş.

Qəribə reklam rolikləri internet istifadəçiləri arasında narazılıq doğurub. The Walkers Crisps-in nümayəndələrini səfehlikdə və səhlənkarlıqda günahlandırıblar. Şirkət isə üzr istəyərək layihəni bağlayıb.

Xəbər lenti
0