Sandıq

Türkiyə sahillərinə Rusiyaya aid qeyri-adi sandıq çıxıb

318
(Yenilənib 00:46 29.05.2017)
Qara dənizdə batan Rusiya gəmisinin içindəki sandığı dalğalar sahilə çıxardı

BAKI, 28 may — Sputnik. İçi Rusiya istehsalı olan qumbara ilə dolu sandığı dalğalar Türkiyə sahilinə çıxarıb.
Sputnik Azərbaycan Milliyet qəzetinə istinadla xəbər verir ki, Zonquldağın Ereğli ilçəsində içində sursat olan bir sandıq sahilə çıxıb.

Sözgüdən ilçənin Köseağzı səmtində sakinlər dalğaların sahilə bir sandığı çıxardığının şahidi olublar. Onlar bu barədə əlaqədar qurumlara xəbər veriblər. Bölgəyə gələn Qara dəniz Bölgə və Qarnizon Komandanlığı ilə Ereğli Polis İdarəsinin əməkdaşları sandığın içində sursat olduğunu aşkarlayıblar.


Bomba üzrə mütəxəssisin açdığı sandığın içində üzərində rusca yazılar və 1987-ci ildə istehsal olunduğu qeyd edilən 20 qumbara təsbit edilib.

Həmin sandığın aprelin 27-də Qara dənizdə batan Rusiya hərbi gəmisinə aid olduğu təxmin edilir. Sandıq içindəkilərlə birlikdə Şimal Sahə Dəniz Komandanlığına təqdim edilmək üçün Qara dəniz Bölgə və Qarnizon Komandanlığına aparılıb.

Xatırladaq ki, aprelin 27-də İstanbul Boğazının Qara dənizə giriş hissəsində Rusiya hərbi gəmisi ilə canlı heyvan daşıyan bir gəmi toqquşmuş, Rusiya gəmisi heyəti xilas edildikdən bir müddət sonra batmışdı.

318
Teqlər:
İstanbul boğazı, Rusiya hərbi gəmisi, döyüş sursatı, gəmi, Qara dəniz, Rusiya, sandıq, Türkiyə
Əlaqədar
Rus hərbi gəmisi Türkiyə sahillərində qəzaya uğradı
Rusiya hərbi gəmisi Çanaqqala boğazından keçərək Mərmərə dənizinə yön alıb