Təbii fəlakət

Təbii fəlakət 146 nəfərin həyatına son qoyub

110
(Yenilənib 20:21 28.05.2017)
Kömək üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edildi

BAKI, 28 may — Sputnik. Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 112 nəfər itkin düşüb.

Daşqınlar 500 min insanın öz evlərini tərk etməsinə səbəb olub. Təbii fəlakətlə mübarizə mərkəzinin məlumatına əsasən, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb.

Yağışların bir qədər səngiməsi zərər çəkən insanlara yardım göstərilməsinə şərait yaradıb.

Şri-Lanka artıq kömək üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edib.

110
Teqlər:
təbii fəlakət, Asiya, BMT, daşqın, Şri-Lanka
Əlaqədar
Çaylarda daşqın ehtimalına dair rəsmi açıqlama verildi
Cənub zonasında daşqın gözlənilir
Türkiyədə daşqın 8 nəfərin həyatına son qoydu
Daşqın nəticəsində Tiflisdə 457 nəfər zərər çəkib