Yəməndə döyüşçülər

Orduya basqın edilib: ölən yaralananlar var

2621
(Yenilənib 12:28 26.05.2017)
Son döyüşlər zamanı 38 nəfər həlak olub

BAKI, 26 may — Sputnik. Dünyanın diqqətindən kənarda qalmış müharibə kimi də tanınan Yəmən hadisələri səngimək bilmir. Sputnik Azərbaycan "TRT"-yə istinadən xəbər verir ki, ölkənin Taiz vilayətində hökumət qüvvələri ilə, devrilmiş prezident Əli Abdulla Salehin tərəfdarları arasında baş verən toqquşmalar zamanı 38 nəfər həlak olub.

Bu barədə Yəmən ordusunun polkovniki Mənsur Həssani məlumat verib. "Keçmiş prezident Salehin tərəfdarları və onlara dəstək verən husilər, hökumət qüvvələrinin mövqelərini ağır silahlarla atəşə tuturlar" — deyə polkovnik bildirib.

2621
Teqlər:
Əli Abdulla Saleh, Mənsur Həssani, dünya, Yəmən, ordu
Əlaqədar
Yəməndə 11 qiyamçı öldürülüb, onlarla silahlı yaralanıb
ABŞ Yəmənə raket zərbələri endirib
Ərəb koalisiyasının qırıcıları Yəməni bobardıman edib
Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb
Yəmən-Səudiyyə gərginliyi neftin qiymətinə necə təsir göstərəcək?
Yəməndə terrorçu-kamikadze özünü partladıb, 41 nəfər ölüb
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

18
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

18
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

16
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

16