SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Roma papası vaxtilə tənqid elədiyi şəxslə görüşdü

© REUTERS / Evan VucciBirləşmiş Ştatların prezidenti Donald Tramp Vatikana səfəri çərçivəsində Roma Papası Fransisk ilə
Birləşmiş Ştatların prezidenti Donald Tramp Vatikana səfəri çərçivəsində Roma Papası Fransisk ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Papa Fransisk: "Körpülər tikmək əvəzinə divarlar tikmək xristianlığa yaraşmır"

BAKI, 24 may — Sputnik. Birləşmiş Ştatların prezidenti Donald Tramp Vatikana səfəri çərçivəsində Roma Papası Fransisk ilə görüşüb.

Sputnik xəbər verir ki, Papa ilə görüşən Tramp, katoliklərin ruhani lideri ilə söhbət etməyi özü üçün "böyük şərəf" adlandırıb. Görüş 30 dəqiqədən artıq davam edib.

Xatırladaq ki, Roma papası, Amerikadakı seçki kampaniyası zamanı D.Trampı bir neçə dəfə tənqid edib. Trampın Meksika ilə sərhəddə divar hörmək vədini tənqid edən Papa Fransisk, "körpülər tikmək əvəzinə divarlar tikmək xristianlığa yaraşmır" demişdi.

Xəbər lenti
0