Медицинские инструменты, фото из архива

Əməliyyat otağında əlbəyaxa dava

140
(Yenilənib 16:02 21.05.2017)
Hadisə Çinin Henan əyalətinin Lankao şəhərinin xəstəxanalarından birində baş verib

BAKI, 22 may — Sputnik. Çində xəstəxanada qəribə hadisə baş verib. Belə ki, əməliyyat zamanı tibb işçiləri arasında mübahisə yaranıb və onları məsələni yumruqla həll etmək qərarına gəliblər. Shanghaiist portalı isə hadisənin videosunu yayımlayıb.

Məlumata əsasən, hadisə Çinin Henan əyalətinin Lankao şəhərinin xəstəxanalrından birində baş verib. Kadrlardan görünür ki, tibb bacısı ilə tibb qardaşı mübahisə edirlər və oğlan əlcəklərini qızın sifətinə atır. Qəzəblənmiş qadın kişiyə yumruq vurmaq istəyir, lakin özün yumruqlanır. Sonra əməliyyatdakı digər şəxslər məsələyə qarışırlar və davaya görə əməliyyat yarımçıq qalır.

Daily Mail-in müxbirləri isə dalaşanların sevgili olduqlarını müəyyən ediblər. Əməliyyat zamanı oğlan qıza səhv etdiyini deyib və qızın reaksiyası davaya səbəb olub. 

Hadisəni polis araşdırır.

140
Teqlər:
yumruq, xəstə, əməliyyat, həkim, Çin
Əlaqədar
Baş həkimlərə son xəbərdarlıq
Nazir həkimləri "bisavad" adlandırdı
Quldurlar qadın həkimin əl-qolunu bağladılar və...
Həkimlər əməliyyata girərkən niyə mavi və ya yaşıl önlük geyinir?
Beş aylıq körpəyə qarşı həkim cinayəti?