Birləşmiş Ştatlar prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri başlayıb

Donald Trampın prezident kimi xaricə ilk səfəri başladı

24
(Yenilənib 14:42 20.05.2017)
ABŞ prezidenti Donald Tramp kral Salmanla yanaşı, Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin liderləri ilə də görüşəcək

BAKI, 20 may — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri başlayıb. Sputnik Azərbaycan "Telegraph"-a istinadən xəbər verir ki, o, paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanı kralı Salman bin Abdul Azizlə görüşəcək.

Görüşdən sonra iki ölkənin birgə təşkil etdiyi "Biz məqsədlərimizə birlikdə çatacağıq" şüarı altında sammit keçiriləcək. Sammitdə iqtisadiyyat, hərbi-texniki və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra ikitərəfli sazişlərin imzalanacağı da gözlənilir.

ABŞ prezidenti Donald Tramp həmçinin Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin liderləri ilə də görüşəcək.

Qeyd edək ki, bu, D. Trampın ABŞ prezidenti postunda xaricə ilk səfəridir.

24
Teqlər:
kral Salman bin Abdul Aziz, Donald Tramp, Səudiyyə Ərəbistanı, Birləşmiş Ştatlar, prezident
Əlaqədar
Donald Tramp "məşhər ayağına" çəkilir
Dünya mətbuatı Tramp-Ərdoğan görüşü haqda bunları yazdı
Donald Tramp İlham Əliyevlə görüşmək istəyir
Sabah Donald Trampın ən ağır günü olacaq
Ərdoğan Trampı NATO-dan çıxmaqla hədələdi
Donald Tramp Rusiya və Ukraynaya çağırış etdi
Tramp onu prezident etmiş adamı vəzifədən çıxardı
Türkiyə sahil mühafizə gəmisi, arxiv şəkli

Türkiyədə göyərtəsində 45 nəfər olan gəmi batdı

15
(Yenilənib 17:58 23.07.2021)
Dəniz Qüvvələri Komandanlığına məxsus 2 freqat və dəniz polisi təyyarəsi qeyri-sabit hava şəraitinə rəğmən bölgədə axtarış-xilasetmə fəaliyyətini davam etdirir.

BAKI, 23 iyul — Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi Antalyanın Kaş rayonundan 161 mil cənub-qərbdə, Aralıq dənizinin şərq hissəsində göyərtəsində 45 nəfərin olduğu gəminin batdığı barədə məlumat yayıb. Sputnik Azrəbaycan bu barədə Anadolu Agentliyinə istinadla xəbər verib.

Məlumatda qeyd olunur ki, bölgəyə dərhal Türkiyə Dəniz Qüvvələrinin Gökova freqatları yönləndirilib və hazırda bölgədə axtarış-xilasetmə işi aparılır.

"Dəniz Qüvvələri Komandanlığına məxsus 2 freqat və dəniz polisi təyyarəsi qeyri-sabit hava şəraitinə rəğmən bölgədə axtarış-xilasetmə fəaliyyətini davam etdirir", – deyə məlumatda vurğulanır.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 37 nəfər xilas edilib, yerdə qalan 8 nəfərin axtarışları üzrə əməliyyatlar davam etirilir. 

Həmçinin oxuyun:

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

 

15
Əfqansıtdanda hüquq-mühafizə orqanlarının əməkdaşları, arxiv şəkli

Əfqanıstan ordusu Herat əyalətinin rayonlarından birini taliblərdən azad edib

24
(Yenilənib 10:59 23.07.2021)
Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artıb.

BAKI, 23 iyul — Sputnik. Əfqanıstanın hökumət qüvvələri ölkənin qərbindəki Herat əyalətinin Karux rayonunu radikal Taliban* hərəkatının yaraqlılarından azad edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində onlarla talib məhv edilib.

"Əfqanıstan milli təhlükəsizlik qüvvələri (ANDSF) və müqavimət hərəkatı döyüşçüləri Herat əyalətinin Karux rayonunu Taliban* terrorçularından təmizləyib. Əməliyyat nəticəsində onlarla talib öldürülüb və yaralanıb. Heratda hücum başlanıb və yaxın zamanlarda əyalətin digər əraziləri də azad ediləcək", - deyə ölkənin müdafiə nazirliyinin nümayəndəsi Fəvad Aman bildirib.

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artıb. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

 

24
Vətən müharibəsi qazisi, arxiv şəkli

Şəhid ailələri üzvlərinə qazilərə nazirlikdə şansı

0
(Yenilənib 19:18 23.07.2021)
Nazirliyin tabeliyindəki qurumlarda dövlət qulluğu vəzifəsi hesab edilməyən 25 vəzifə üzrə 196 vakansiya elan edilib və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

BAKI, 23 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) şəhid ailəsi üzvləri və Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatı məqsədilə başladılmış "Məşğulluq marafonu"na qoşulub. Sputnik Azərbaycan-a bu barədə nazirlikdən verilən xəbərdə bildirilir.

Məlumata görə, nazirliyin tabeliyindəki qurumlarda dövlət qulluğu vəzifəsi hesab edilməyən 25 vəzifə üzrə 196 vakansiya elan edilib və bu prosesin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər görülür.

"Bununla da Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi sahəsində dövlətimizin gördüyü çoxsaylı işlərə kiçik də olsa, töhfə verməyə çalışırıq", - nazirlik bəyan edib.

Qeyd edək ki, bu ilin iyun ayının 10-dan işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya -"Məşğulluq marafonu" başladıb. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır. Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. İşsiz və işaxataran şəhid ailəsi üzvləri və qazilərə həmin vakansiyalar üzrə göndərişlər veriləcək. "Məşğulluq marafonu"na qoşulan hər bir işəgötürən bununla həm də bir vətənpərvərlik nümunəsi göstərmiş olacaq.

0