SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə XİN-dən ABŞ-a xəbərdarlıq

© AFP 2023 / CYRIL NDEGEYAMövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Adam terror təşkilatına açıq şəkildə dəstək verir"

BAKI, 18 may — Sputnik. "ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett MakKörk, PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-yə dəstək verir". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə prezidentinin ABŞ-a səfərindən danışan Çavuşoğlu, Ərdoğan-Tramp görüşündə, Amerikanın PYD-yə silah verməsinin müzakirə edildiyini deyib.

"Birləşmiş Ştatların İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett MakKörk, PKK-PYD-nin ən böyük dəstəkçilərindəndir" — nazir bildirib.

"MakKörk Obama dövründə bu vəzifəyə gətirilib. Bu adamın dəyişdirilməsində fayda var. Adam terror təşkilatına açıq şəkildə dəstək verir. Biz, Tramp hökumətinə bunu söylədik. Onun orada olması Amerika ilə münasibətlərimizə təsir edə bilər" — Çavuşoğlu qeyd edib.

Xəbər lenti
0