Amerikanın kürdləri silahlandırmasına cavab gecikmədi

© AFP 2023 / Adrien MorlentSaleh Müslüm
Saleh Müslüm - Sputnik Azərbaycan
Abunə olmaq
Saleh Müslüm: "Biz cənab Trampdan bu addımı gözləyirdik. Ona təşəkkürümüzü bildiririk"

BAKI, 10 may — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp PKK terror təşkilatının Suriya qolu olan PYD-yə ağır silah verilməsini nəzərdə tutan sənədi imzalayıb. Sputnik Türkiyə xəbər verir ki, məlumatı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yayıb.

Mövzuya münasibət bildirən PYD terror təşkilatının rəhbəri Saleh Müslüm, Amerikaya minnətdar olduqlarını söyləyib: "Biz cənab Trampdan bu addımı gözləyirdik. Ona təşəkkürümüzü bildiririk".

Məsələ ilə bağlı rəsmi Ankaradan hələlik açıqlama verilməyib. Qeyd edək ki, Türkiyə PKK-nın Suriya qolu PYD-ni terror təşkilatı olaraq tanıyır. Donald Trampın verdiyi qərarın iki ölkə münasibətlərini gərginləşdirəcəyi gözlənilir.

Xəbər lenti
0