SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp onu prezident etmiş adamı vəzifədən çıxardı

© AFP 2023 / YURI GRIPASГлава ФБР) США Джеймс Коми на слушаниях в сенате
Глава ФБР) США Джеймс Коми на слушаниях в сенате - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp Federal Təhqiqatlar Bürosunun rəhbərini vəzifəsindən kənarlaşdırıb

BAKI, 9 may — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini vəzifəsindən uzaqlaşdırıb.   

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin bəyanatında bildirilir.

“Prezident Donald Tramp bu gün FTB direktoru Ceyms Komini səlahiyyətlərinin başa çatması və vəzifədən uzaqlaşdırılması barədə məlumatlandırıb” — deyə Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Spayserin bəyanatında bildirilir.  

Komi prezident Barak Obama tərəfindən 2013-cü ildə FTB rəhbəri vəzifəsinə 10 illik müddətə təyin olunub.

Ceyms Komi ötən prezident seçkilərində səsverməyə 10 gün qalmış demokratların prezidentliyə namizədi Hillari Klinton barədə təhqiqatın başlandığı barədə məlumat vermişdi. Hillari Klintonun fikrincə, məhz Kominin bu hərəkəti onun seçkidə Donald Trampa məğlub olmasına səbəb olub. 

Xəbər lenti
0