CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bura canlılar üçün cənnətdir

CC BY 3.0 / sozcu.com.tr / Kosta Rikada yerləşən sığınacaq
Kosta Rikada yerləşən sığınacaq - Sputnik Azərbaycan
Abunə olmaq
"Territorio də Zaguates" adlı sığınacaq "Başıboşların ərazisi" mənasını verir

BAKI, 6 may — Sputnik. Kosta Rikada yerləşən bu sığınacaq heyvansevərlər üçün əsl cənnətdir. 

"Territorio də Zaguates" adlı sığınacaq "Başıboşların ərazisi" mənasını verir.

Sputnik Azərbaycan sözcü-yə istinadla xəbər verir ki, könüllülər tərəfindən idarə olunan və heyvanların qəti şəkildə öldürülmədiyi sığınacaq Santa Barbaranın təpələrindən birində qurulub.

CC BY 3.0 / sozcu.com.tr / Kosta Rikada yerləşən sığınacaq
Kosta Rikada yerləşən sığınacaq - Sputnik Azərbaycan
Kosta Rikada yerləşən sığınacaq

Buradakı itlərin az qala hamısı küçə itləridir. Axtalanmış itlərin günlük həyatı buraya gələn ziyarətçilərlə birlikdə ətrafı gəzmək və oyunlar oynamaqdır.

Əgər itin sahibi ola bilmirsinizsə, sığınacağa istədiyiniz zaman gedib itlərlə meşədə gəzmək mümkündür.

"Territorio də Zaguates" bütün dünyaya nümunə olan, həm itlərin, həm də insanların əmin-amanlıqda olduğu qeyri-adi bir sığınacaqdır.

Xəbər lenti
0