S-400

Rusiya Türkiyəyə satacağı "S-400" zenit raket qurğusunun qiymətini açıqlayıb

275
(Yenilənib 23:14 05.05.2017)
Rusiya 2007-ci ildə İrana “S-300” raket qurğusunu 900 milyon dollara satmışdı

BAKI, 5 may — Sputnik. Rusiya “S-400” zenit-raket kompleksini Türkiyəyə 500 milyon dollara satmağı təklif edib. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinə yaxın mənbə məlumat yayıb. Türkiyənin bu təklifə müsbət yanaşdığı iddia olunub.

Qeyd edək ki, Rusiya 2007-ci ildə İrana “S-300” raket qurğusunu 900 milyon dollara satmışdı.

275