Məsud Bərzani

Ölkənin quruluşunu dəyişəcək referendumun tarixi bilindi

17
Muxtar vilayətin rəhbəri Məsud Bərzani, bir neçə gün əvvəl Fransanın "Le Figaro" qəzetinə müsahibəsində "kürdlərin müstəqilliyinin vaxtı çatıb" demişdi

BAKI, 5 may — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar vilayətinin sədri Məsud Bərzaninin müşaviri Məhəmməd Hacı, müstəqillik referendumunun keçiriləcəyi tarixi açıqlayıb. Sputnik Türkiyə xəbər verir ki, o, bu referendumun böyük ehtimalla avqust ayında olacağını deyib.

Müşavir, regional rəhbərliyin Yüksək Seçki Komissiyasına referendumun təşkil edilməsi üçün müraciət etməyə hazırlandıqlarını bildirib.

Qeyd edək ki, muxtar vilayətin rəhbəri Məsud Bərzani, bir neçə gün əvvəl Fransanın "Le Figaro" qəzetinə müsahibəsində "kürdlərin müstəqilliyinin vaxtı çatıb" demişdi.

17
Mövzu:
Separatçı referendumlar dalğası (38)