BAKI, 4 may — Sputnik. Suriyadakı atəşkəsin təminatçısı olan Rusiya, Türkiyə və İran, Suriyada təhlükəsiz zonalar yaradılması haqqında memorandum imzalayıb.
Sputnik-in xəbərinə görə, memorandum Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya üzrə sülh danışıqlarının 4-cü turunda imzalanıb.
Suriya müxalifətindən bəzi heyət üzvləri, imza mərasiminə müdaxilə edərək memoranduma etiraz edərkən, bəzi müxaliflər də salonu tərk edib.
Yekun sazişə əsasən, Suriyanın 4 ayrı bölgəsində təhlükəsiz zonalar yaradılacaq.
Qeyd edək ki, dünən Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş zamanı, liderlər bugünkü Astana danışıqlarına işarə edərək, Suriya rejimi və müxalifətinin yekun memorandum üzrə razılığa gəlməsinin vacib olduğunu söyləmişdilər.
BAKI, 16 yanvar — Sputnik. Birləşmiş Ştatların Səhiyyə naziri Aleks Azar istefa verib, lakin o, səlahiyyət müddəti bitənə qədər vəzifədə qalacaq. Bu barədə Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Azar yanvarın 6-da Vaşinqtonda baş tutan qarşıdurmalardan sonra istefa vermək barədə qərar qəbul edib.
Azarın istefası simvolik xarakter daşıyır və onun heç bir praktiki nəticələri olmayacaq. Çünki o, istənilən halda yanvarın 20-də istefa verməli idi. Belə ki, ənənəyə uyğun olaraq, ABŞ prezidentinin səlahiyyət müddəti bitəndə onun kabineti də istefaya gedir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın səhiyyə naziri Betsi Devos, nəqliyyat naziri Eleyn Çao və daxili təhlükəsizlik üzrə nazir səlahiyyətlərinin icraçısı Çed Vulf istefa veriblər.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. Hazırda yeni yoluxanlarla sağalanların arasınsa 3-4 dəfə fərq var. Bu isə çarpayı fondunda, həmçinin reanimasiyada yerlərin boşalmasına gətirib çıxarıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bridinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Y.Qarayeva qeyd edib ki, 14 dekabr 2020-ci ildə yoluxma əmsalı 31 faiz idisə, indi yoluxma əmsalı 5 faizə enib: "Bu isə sərtləşdiriımiş karantin rejiminin, həmçinin vətəndaşlarımızın məsuliyyətindən irəli gəlir".
Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, bu göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib: "Amma daha sonra yoluxma sayının artımı istisna edilmir. Bu səbəbdən də vaksinasiya mütləqdir".