"Facebook"dan yeni rekord

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidFacebook sosial şəbəkəsi
Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkədən istifadə edənlərin sayı 2 milyard nəfərə çatıb

BAKI, 4 may — Sputnik. "Facebook" sosial şəbəkəsi bu ilin ilk rübündə qazandığı xalis gəlirini açıqlayıb. Şirkətin qazancı ötən ilin eyni vaxtı ilə müqayisədə 76% artaraq 3,06 milyard dollara çatıb. Keçən il isə bu rəqəm 1,74 milyard dollar idi.

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, şirkətin reklam gəlirləri 2016-cı illə müqayisədə 2,4 milyard dollar artıb. Bundan başqa "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyard nəfərə çatıb. Ötən il bu rəqəm 1,28 milyard nəfər idi.

Xəbər lenti
0