Birləşmiş Ştatların 1.1 trilyon dollarlıq büdcə layihəsi qəbul edildi

© AP Photo / Alex BrandonABŞ Konqresi
ABŞ Konqresi - Sputnik Azərbaycan
Abunə olmaq
Son mərhələdə prezident Donald Tramp sənədə imza atmalıdır

BAKI, 4 may — Sputnik. ABŞ-ın dövlət büdcəsi Konqresin Nümayəndələr Palatasındakı gərgin müzakirələrin yekununda, 118-ə qarşı 309 səslə qəbul edilib. Sputnik Azərbaycan ABŞ mətbuatına istinadən xəbər verir ki, qəbul edilən büdcə layihəsi təsdiq olunması üçün Senata göndərilib. Ən son mərhələdə isə prezident Donald Tramp sənədə imza atmalıdır.

Maraqlısı odur ki, Tramp administrasiyasının hazırladığı büdcə layihəsinə qarşı çıxan 118 senatorun 103-ü məhz Respublikaçılar Partiyasındandır. Səsvermədən sonra açıqlama verən respublikaçı senator, Arizona ştatından olan millət vəkili Endi Biqs, hakimiyyətdə olmalarına rəğmən, büdcə məsələsində müxalifətdəki Demokratların mövqeyini dəstəklədiklərini deyib.

Qeyd edək ki, Nümayəndələr Palatasının qəbul etdiyi büdcənin məbləği 1.1 trilyon dollardır.

Xəbər lenti
0