Владимир Путин, президент России

Rusların Putinlə bağlı mövqeləri bəlli oldu

496
(Yenilənib 14:49 02.05.2017)
Xalqın üçdə ikisi hazırki prezident Vladimir Putinin hakimiyyətdə qalmasını istəyir

BAKI, 2 may — Sputnik. Rusiyanın "Levada" rəy-sorğusu mərkəzi, xalqın üçdə ikisinin hazırki prezident Vladimir Putinin hakimiyyətdə qalmasını istədiyini açıqlayıb. Sputnik Azərbaycan bu barədə "Exo Moskva"ya istinadən məlumat verir.

"Ruslar, Vladimir Putinin 2018-ci ildə keçiriləcək prezident seçkisində yenidən namizəd olmasını istəyir. 64% buna müsbət, 22% mənfi yanaşır. 14% isə hakimiyyətdə başqa birini görmək istəyir" — mərkəzdən bildirilib.

496
Teqlər:
Levada, ictimai rəy sorğusu, Putin
Əlaqədar
Kreml Vladimir Putinin "varisi" ilə bağlı açıqlama verdi
Putindən qonşu ölkələrə "rəngli inqilab" xəbərdarlığı
Terrorla bağlı Putinə inanılmaz qadağa
Vladimir Putin ABŞ-la münasibətlərdən şikayətləndi
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

0
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

0
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxma ölümlə bağlı statistika açıqlandı

5
(Yenilənib 12:48 15.01.2021)
Xəstəlikdən sağalanların sayı 152320 nəfər olub. Hazırda bu ölkədə 7952 nəfər xəstəxanada müalicə alır.

BAKI, 15 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 163972-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 396 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2974-ə çatıb. Xəstəlikdən sağalanların sayı 152320 nəfər olub. Hazırda bu ölkədə 7952 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 milyonu keçib, 1,99 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19