Dollara qarşı nəhəng anlaşma

© AFP 2023 / PRAKASH SINGHTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Hindistanın baş naziri Narendra Modi, Nyu Dehli, 1 may 2017-ci il
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Hindistanın baş naziri Narendra Modi, Nyu Dehli, 1 may 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və Hindistan ABŞ valyutasından imtina edir

BAKI, 1 may — Sputnik. Türkiyə və Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina edə və bunu milli valyuta vasitəsilə həyata keçirə bilər. Bunu Hindistana səfəri çərçivəsində, Nyu Dehlidəki hind-türk biznes forumundakı çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

ABŞ dolları - Sputnik Azərbaycan
Azərbaycan bankları dollardan imtina etdi

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, prezident bildirib ki, Türkiyə və Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina və bu ödəmələri milli valyuta vasitəsilə həyata keçirməyi müzakirə edə bilər: "Valyuta məzənnələrinin dəyişkənliyi kimi neqativ təsirləri azaltmaq üçün ixrac və idxal əməliyyatları milli valyutalarda həyata keçirilə bilər".

Ərdoğanın sözlərinə görə, ticarətdə ödəmələr zamanı türk lirəsi və hind rupisinə keçid hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edər: "Türkiyə və Hindistan ticarət əməkdaşlığı potensialından yetərincə istifadə etmir. Artıq iki ölkənin irimiqyaslı iqtisadi tərəfdaşlığa dair razılaşma layihələrinin müzakirəsinə başlamaq vaxtı gəlib çatıb".

© AFP 2023 / RAVEENDRANNyu Dehlidəki hind-türk biznes forumu
Nyu Dehlidəki hind-türk biznes forumu - Sputnik Azərbaycan
Nyu Dehlidəki hind-türk biznes forumu

Prezident vurğulayıb ki, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün hökumət komissiyaları arası iclaslar keçiriləcək: "Türkiyə ilə Hindistan arasında əməkdaşlığın digər istiqaməti isə atom energetikası sahəsində ola bilər".

Xəbər lenti
0