Papadan həyacan siqnalı: "Bəşəriyyətin böyük bir hissəsi məhv olacaq"

© REUTERS / Remo CasilliRoma papası Fransisk
Roma papası Fransisk - Sputnik Azərbaycan
Abunə olmaq
Katolik lider: "Mən inanmıram ki, bəşəriyyət indi bu cür ağır savaşa tab gətirə bilsin"

BAKI, 1 may — Sputnik. "ABŞ — Şimali Koreya müharibəsi gerçəkləşərsə, bu, bəşəriyyətin böyük hissəsinin məhvi olacaq". Sputnik Azərbaycan CBC-yə istinadən xəbər verir ki, bunu katolik xristianların dini lideri Roma papası Fransisk deyib.

O, ABŞ rəhbəri Donald Trampın, Şimali Koreya ilə davam edən gərginliyin böyük silahlı münaqişəyə çevrilə biləcəyinə dair söylədiyi fikrə münasibət bildirib. "Tərəfləri, problemlərini siyasi yolla həll etməyə çağırıram və bununla bağlı müraciət də edəcəyəm. Çünki münaqişənin böyüməsi, savaşa çevrilməsi, dünya mədəniyyətinin böyük hissəsini məhv edəcək. Mən inanmıram ki, bəşəriyyət indi bu cür ağır savaşa tab gətirə bilsin" — Papa vurğulayıb.

Xəbər lenti
0