Almaniya kansleri Angela Merkel

Merkel türklərə bunu söz verdi

45
(Yenilənib 23:36 29.04.2017)
Merkel: "Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcəyik"

BAKI, 29 aprel — Sputnik. Almaniya Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcək.

"Report" Almaniya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin kansleri Angela Merkel bildirib.

O, qeyd edib ki, parlament seçkiləri dövründə xalqın önəmli hesab etdiyi hər bir məsələni gündəmə gətirəcək. Merkel vətəndaşlıq məsələsinin də bu sırada olduğunu, amma önəmli məsələ olmadığı bildirib. O, əlavə edib ki, Almaniya pasportuna sahib olan türk əsilli vətəndaş bu dövlətə sadiq olmalıdır.

"Burada əsas odur ki, insanları yaşam tərzimizə, konstitusiyamıza və dəyərlərimizə mümkün qədər erkən vaxtlardan inandıraq" — deyə kansler əlavə edib.

45
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

1
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

1
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

1
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

1