Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə ilə bağlı mübahisələrə nöqtə qoyuldu

43
(Yenilənib 23:15 27.04.2017)
Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi "lehinə", 48,59 faizi isə "əleyhinə" səs verib.

BAKI, 27 aprel — Sputnik. Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib.

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ASŞ rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.

"Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi "lehinə", 48,59 faizi isə "əleyhinə" səs verib", — deyə Güvən Ankarada jurnalistlərə bildirib.

Qeyd edək ki, referendumla Konstitusiyanın 18 maddəsinə dəyişiklik olunub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

43
Teqlər:
Böyük Millət Məclisi, Konstitusiya dəyişiklikləri, prezident üsul-idarəsi, Referendumun nəticələri təsdiqləndi, Türkiyə Ali Seçki Şurası, Türkiyə
Əlaqədar
Türkiyədə referendum qızğın siyasi mübahisələrə səbəb olub
Müxalifətdən sərt açıqlama: Referendum təkrar keçirilsin, yoxsa....
Rusiyadan Türkiyəyə referendum açıqlaması
İlham Əliyev: "Bu referendum Türkiyə tarixində yeni mərhələnin başlanğıcı olacaq"
Prezident səlahiyyətlərinin genişləndirilməsi üçün referendum keçiriləcək
Məktəb

Bağçalı: "Şuşada məktəb tikintisinə razılıq verilib"

7
(Yenilənib 14:53 26.01.2021)
O, həmçinin qeyd edib ki, məktəb Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq. Məktəbin təməli 30 yanvar 2021-ci il tarixində atıla bilər.

BAKI, 26 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı qarşılıqlı anlaşma və onların təsdiqi ilə Şuşada məktəbin inşası layihəsi uyğun görülüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı bildirib.

MHP sədri qeyd edib ki, tikinti prosesi və layihənin hər mərhələsi barədə cənab Ərdoğana məlumat təqdim ediləcək: "Şuşada tikiləcək məktəb tamamlanan kimi Azərbaycan Respublikasına təslim ediləcək".

O, həmçinin qeyd edib ki, məktəb Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq. Məktəbin təməli 30 yanvar 2021-ci il tarixində atıla bilər.

7
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

7
(Yenilənib 13:05 26.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 55,83 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,42 dollar geriləyərək 55,46 dollar, “Light” markalı neftin qiyməti isə 0,39 dollar ucuzlaşaraq 52,38 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

7
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

3
Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb

BAKI, 26 yanvar — Sputnik. Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb. O, bu gün dövlət başçısının sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.

3