Премьер-министр Израиля Биньямин Нетаньяху, фото из архива

İsrail ilə Almaniya arasında diplomatik qalmaqal

59
(Yenilənib 18:53 26.04.2017)
"Bu cür hərəkəti müttəfiqimiz ABŞ və İngiltərənin hansısa dövlət adamları etsəydi, onlara da eyni münasibət göstərilərdi"

BAKI, 26 aprel — Sputnik. İsrail baş naziri Binyamin Netanyahunun ölkəsini ziyarət edən Almaniyanın xarici işlər naziri Siqmar Qabriel ilə görüşü ləğv etməsindən sonra, alman nazir Netanyahunun telefonuna cavab verməkdən imtina edib. Sputnik Azərbaycan bu barədə "New York Times"a istinadən xəbər verir.

Siqmar Qabrielin, yəhudi əsgərləri "hərbi cinayətkarlar" kimi göstərən QHT-ləri ziyarət etməsi İsrailin baş naziri Benyamin Netanyahunu qəzəbləndirib. Bundan sonra o Almaniyanın XİN rəhbəri ilə görüşdən imtina edib.

Məsələ ilə bağlı, rəsmi Təl-Əvivdən verilən yazılı açıqlamada, Benyamin Netanyahunun davranışı müsbət qiymətləndirilib. "Bu cür hərəkəti müttəfiqimiz ABŞ və İngiltərənin hansısa dövlət adamları etsəydi, onlara da eyni münasibət göstərilərdi" — bəyanatda qeyd olunub.

59
Teqlər:
Siqmar Qabriel, Benyamin Netanyahu, Almaniya, Təl-Əviv, İsrail, İngiltərə, ABŞ
Əlaqədar
İsrail bu ölkəni havadan vurdu
"Azərbaycan və İsrail qeyri-sabit regionda sabitliyin mayaklarıdır"
İsrail və Səudiyyə Ərəbistanı vahid mövqedən çıxış etdi
“Müstəqil Kürdüstan ikinci İsrail deməkdir”
Yerevanda etirazlar, arxiv şəkli

Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək

16
(Yenilənib 14:49 22.09.2020)
Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

BAKI, 22 sentyabr — Sputnik. Ermənistanın üç müxalifət partiyası "Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və "Vətən" partiyaları oktyabrın 8-nə ümumdövlət mitinqi təyin edib. Sputnik Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasi partiyaların yaydığı birgə bəyanatda bildirilir.

Partiyalar bəyan ediblər ki, "ölkədə yaranmış vəziyyəti qiymətləndirərək və yeni keyfiyyətli milli hökumətin qaçılmaz olmasını hesab edərək" mitinq keçirmək barədə qərar qəbul edilib.

Mitinqin oktyabrın 8-i Yerevanın Azadlıq meydanında keçirilməsi planlaşdırılır.

Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

16

Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir

1
(Yenilənib 14:35 22.09.2020)
Pandemiya nə vaxt bitəcək? Yəqin ki, bu sual hamını narahat edir. Koronavirus probleminə son qoymağa Rusiyanın "Sputnik V" vaksini də kömək edəcək. Hansı ölkələr Rusiya preparatını almaq niyyətindədir və daha harada vaksin yaradılır – ətraflı videoçarxımızda.

Rusiyanın COVID-19 əleyhinə vaksini yaratmasını kosmosa uçuşla müqayisə etmək olar. "Sputnik V" preparatı effektivliyini və təhlükəsizliyini sübut edib.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu >>

Rusiya peyvəndini ilk olaraq Belarus alacaq. Qazaxıstan da onun tədarükü üçün saziş imzalayıb. Vaksinini həmçinin yaxın vaxtlarda Moldova, Azərbaycan və Tacikistan əldə etməyə hazırlaşır.

1
DİN-in xüsusi təyinatlı polis dəstəsi, arxiv şəkli

Silahlı şəxslərə qarşı əməliyyat keçirildi

0
(Yenilənib 14:53 22.09.2020)
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

BAKI, 22 sentyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança. 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

0