BAKI, 26 aprel — Sputnik. Türkiyə polisi ölkənin 54 şəhərində Fətullah Gülən Şəbəkəsi üzvlərinə qarşı əməliyyat keçirib, 1013 nəfər şübhəli şəxs qismində həbs olunub.
Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, əməliyyatlara 8500 polis cəlb edilib. Digər şübhəli şəxslərin də həbs olunması üçün əməliyyat davam edir.
BAKI, 16 yanvar — Sputnik. Birləşmiş Ştatların Səhiyyə naziri Aleks Azar istefa verib, lakin o, səlahiyyət müddəti bitənə qədər vəzifədə qalacaq. Bu barədə Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Azar yanvarın 6-da Vaşinqtonda baş tutan qarşıdurmalardan sonra istefa vermək barədə qərar qəbul edib.
Azarın istefası simvolik xarakter daşıyır və onun heç bir praktiki nəticələri olmayacaq. Çünki o, istənilən halda yanvarın 20-də istefa verməli idi. Belə ki, ənənəyə uyğun olaraq, ABŞ prezidentinin səlahiyyət müddəti bitəndə onun kabineti də istefaya gedir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın səhiyyə naziri Betsi Devos, nəqliyyat naziri Eleyn Çao və daxili təhlükəsizlik üzrə nazir səlahiyyətlərinin icraçısı Çed Vulf istefa veriblər.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.
Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.
Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.
Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.
Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.