ABŞ Dövlət Departamenti

Vaşinqton Ankaranın İraq əməliyyatını qınadı

363
(Yenilənib 12:00 26.04.2017)
"Beynəlxalq Koalisiya bu əməliyyatı dəstəkləmir. Türk ordusunun əməliyyatından ciddi narahatlıq duyuruq. Bu narahatlığımızı Ankaraya da çatdırdıq".

BAKI, 26 aprel — Sputnik. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, türk ordusunun Suriya və İraqda PYD-YPG yaraqlılarına qarşı başladığı hərbi əməliyyata münasibət bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda deyilir: "Beynəlxalq Koalisiya bu əməliyyatı dəstəkləmir. Türk ordusunun əməliyyatından ciddi narahatlıq duyuruq. Bu narahatlığımızı Ankaraya da çatdırdıq".

Prezident Rəcəb Tayyib Ərdoğan da ordunun başlatdığı əməliyyatla bağlı açıqlama verib. "Hərbi əməliyyata başlamadan öncə ABŞ və Rusiyaya məlumat verdik. Terrorçular yox edilənə qədər əməliyyatlar davam edəcək" — Ərdoğan bildirib.

Qeyd edək ki, rəsmi Ankara PYD və YPG-ni PKK terror şəbəkəsinin qolları hesab etdiyi üçün, onların Suriya və İraqda möhkəmlənməsinə imkan verməyəcəyini bəyan edir.

363
Teqlər:
Dövlət Departamenti, YPG, PYD, Türk ordusu, İraq, Suriya, Amerika Birləşmiş Ştatları, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Əlaqədar
Türkiyənin hərbi əməliyyatına İraqdan reaksiya
AŞPA-nın qərarına Türkiyədən sərt reaksiya
Türkiyə ilə bağlı maraqlı qərar
Türk ordusu qəfildən bu ölkəyə hücuma keçdi
HDP-dən Türkiyəyə qarşı böyük xəyanət
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

0
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

0
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Fransa ordusunun əsgərləri Charlie Hebdo jurnalının ofisinin yaxınlığında, 25.09.2020

Məhəmməd peyğəmbəri təhqir edən jurnalın binası qarşısında insanlara hücum

4
(Yenilənib 20:23 25.09.2020)
"Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir. Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən buraxılması ilə bağlıdır.

BAKI, 25 sentyabr — Sputnik. Parisdə "Charlie Hebdo" satirik jurnalının köhnə redaksiyasının binasının qarşısında insanlara hücum edilib. Sputnik Azərbaycan "BFMTV" telekanalına istinadən xəbər verir ki, üzərində soyuq silah olan şəxs bir neçə nəfəri yaralayıb.

Qeyd olunur ki, hadisə nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. KİV-in məlumatına görə, xəsarət alanlardan ikisi Premières Lignes informasiya agentliyinin (onun redaksiyası Charlie Hebdo-nun əvvəlki binasının kirayəçisidir) əməkdaşlarıdır. 

Hadisə yerindən yayınan şübhəlilərdən biri Bastiliya meydanı, digəri isə "Rişar Lenuar" metro stansiyasının yanında saxlanılıb. Ancaq polis yalnız bir şübhəlinin saxlanıldığı barədə məlumat yayıb. Bildirilir ki, o artıq ifadə verib. Şübhəlinin 18 yaşı var və Pakistan əsillidir. 

Prokurorluq araşdırmalara başlayıb.

Qeyd edək ki, "Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir.

Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən dərc olunması ilə bağlıdır. Karikaturaların 2015-ci ildə baş vermiş terror aktında həlak olanların xatirəsinə həsr olunacağı deyilir.

Bundan əvvəl Tehran Fransanın "Charlie Hebdo" qəzetində İslam peyğəmbərinin karikaturalarının təkrar buraxılmasını pisləyib.

2015-ci il yanvarın 7-də Səid və Şərif Kuaşi qardaşları Parisdə "Charlie Hebdo" redaksiyasına hücum ediblər. Onlar 12 nəfəri, o cümlədən 8 jurnalisti və rəssamı öldürüblər.

Terror aktından sonra bir milyondan artıq fransalı "Je suis Charlie" ("Mən Şarliyəm") yazılmış lövhəciklərlə terrora və mətbuatda senzuraya qarşı yürüş ediblər.

4
Teqlər:
karikatura, Məhəmməd peyğəmbər, Pakistan, "Charlie Hebdo", Fransa, terror
Əlaqədar
Terrorçular "Charlie Hebdo"nu yeni hücumla təhdid edirlər
Dəhşətli terror: bu dəfə Avropanın mərkəzində əsgərləri vurdular
Xristian dünyasında güclü anti-islam təbliğatı başlayıb
Məşhur jurnal bu dəfə Rusiya və Ukraynanı təhqir etdi