Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış aktrisadan üzücü xəbər

© Sputnik / Fuad HasanovTürkiyənin məşhur aktrisası Türkan Şoray Bakıda
Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıda - Sputnik Azərbaycan
Abunə olmaq
"Cushing" sindromu çəkinin, qan təzyiqinin artması və dərinin zəifləməsi nəticəsində yaranır

BAKI, 24 aprel — Sputnik. Ötən həftənin sonunda, Liseylərarası Mahnı müsabiqəsində gənclərlə görüşən və mahnılar oxuyan Türkan Şoray, "albom çıxarma xəyalımı 50 il sonra reallaşdırdım. Siz xəyallarınızı reallaşdırmaq üçün mənim qədər gözləməyin" deyib. Müsabiqə ilə bağlı, bu gün səhər Star telekanalındakı maqazin proqramında müzakirələr aparılıb. Sputnik Azərbaycan bu barədə "Milliyet"ə istinadən xəbər verir.

Verilişin aparıcısı Seren Serengil Türkan Şorayın çəki problemindən danışarkən, məşhur aktrisanın meneceri Bircan Silan problemin səbəbini belə açıqlayıb:

"Türkan Şorayın kök olmasının səbəbi, onun "chushing" sindromundan əziyyət çəkməsinə görədir. 2 il əvvəl bu xəstəlik səbəbilə professor Nihad Yavuz tərəfindən əməliyyat olunaraq böyrəyi götürülmüşdü. İkinci böyrəyində də eyni xəstəliyin görünməsi səbəbilə doktor Rafiq Tanagöz tərəfindən müalicə başlanıb. Bu, bədəndə çoxlu sayda kortizon ifrazına səbəb olur. Təəssüf ki, kökəlmə də buna görədir".

"Cushing" sindromu çəkinin, qan təzyiqinin artması və dərinin zəifləməsi nəticəsində yaranır.

Xəbər lenti
0