Antalyada istirahət

Türklər ruslara heç kimin etmədiyini etdilər

1230
(Yenilənib 18:20 24.04.2017)
Türkiyə Rusiya vətəndaşlarının ölkədə vizasız qalma müddətini artırıb

BAKI, 24 aprel — Sputnik. Türkiyə Rusiya vətəndaşlarının ölkədə vizasız qalma müddətini artırıb. "Rusların Türkiyədə vizasız qalma müddətini 60 gündən 90 günə qaldırırıq". Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün jurnalistlərə verdiyi açıqlamada bəyan edib.

Bəzi görüşlər üçün Antalyaya səfər edən Çavuşoğlu, Alanyadakı bir restoranda, Beynəlxalq Rus Cəmiyyəti, media rəhbərləri və 24 ölkədən gəlmiş rus jurnalistlərlə bir araya gəlib. İştirakçılarla tək-tək əl tutub görüşən Çavuşoğlu "Türkiyə-Rusiya münasibətlərinin vacib bir dövründə bir araya gəldiklərini" söyləyib. 

"Türkiyədə keçirilən vacib bir referendumdan sonra media ilə görüşdüyüm üçün çox şadam. Bu gün bizim Milli Suverenlik və Uşaq bayramımızdır. Türkiyə Böyük Millət Məclisinin qurulmasının 97-ci ildönümüdür. Bu gün bizdə işlər uşaqlara ərməğan edilib. Bir neçə gündür Avropa və dünyanın müxtəlif guşələrindən uşaqlar bu bayramı qeyd etmək üçün Türkiyəyə gəliblər. Mən də Xarici İşlər Nazirliyini bir uşağa təhvil verib gəlmişəm" — deyə Çavuşoğlu giriş nitqində söyləyib.

İstər Suriyada, istərsə də, regionda məsuliyyətli bir dövr olduğunu vurğulayan Çavuşoğlu Rusiya ilə yaşanan üzücü hadisədən sonra pasportsuz gəliş-gedişlə bağlı müvafiq işlər gördüklərini bildirib. O, bundan başqa, Rusiya ilə bir çox məsələlərdə ortaq məxrəcə gəldiklərini söyləyib. O bəyan edib ki, rusların Türkiyədə vizasız qalma müddətini 60 gündən 90 günə qaldırıblar.

Çavuşoğlu xaricdə, eləcə də Rusiyada yaşayan Türkiyə vətəndaşları və qohum xalqlarla bağlı da iş apardıqlarını bildirib. O, qeyd edib ki, xarici siyasətdəki ən vacib məsələlərdən biri də xaricdə yaşayan soydaşlar və qohum xalqlarla yaxın əlaqələr qurmaq və onlarla yaxından maraqlanmaqdır.

Avropanın ayrı-seçkilik siyasətini kəskin tənqid edərkən Çavuşoğlu deyib: "Ayrı-seçkiliyə qarşı çıxmaq lazımdır. Avropanın belə bir xəstəliyi var: özündən olmayan hər kəsə nifrət edər. Sonra da Türkiyə və Rusiyaya insan haqları ilə bağlı dərs verməyə çalışar". 

Rusiyanın turizm operatorlarının proqnozuna görə, bu il Türkiyəni 3,3 milyon turist ziyarət edəcək. Turoperatorların bildirdiyinə görə, hazırda Rusiyadan Türkiyəyə uçan təyyarə reyslərinə sentyabr ayı da daxil olmaqla bütün biletlər satılıb qurtarıb. Planlaşdırılan çarter reyslərə də bilet tapılmır.

1230
Teqlər:
turizm, Beynəlxalq Rus Cəmiyyəti, Türkiyə Böyük Millət Məclisi, Mövlud Çavuşoğlu, Antalya, Rusiya, Türkiyə
Əlaqədar
Yapon turist avtobusda həyatının şokunu yaşadı
Turist ərəblər çöl quşu əvəzinə mikroavtobusu "vurdular"
"Turizm cənnəti" turistlər üçün cəlbediciliyini itirir
Bakı rus turistlərin sevimli istirahət yerlərindəndir