BAKI, 24 aprel — Sputnik. Ötən gün Fransada keçirilən prezident seçkiləri kuryoz məqamlardan da yan keçməyib. Misal üçün, məlum olub ki, türk əslli seçicilər göstərilmiş namizədlərə deyil, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana səs veriblər.
Əlbəttə ki, Türkiyə liderinin adı namizədlər siyahısında olmayıb, amma bu, seçicilərə ona səs verməyə maneçilik törətməyib. Seçicilər kütləvi şəkildə bülletenlərə onun adını yazıblar, hətta Ərdoğanın şəklini ora yapışdırmağı da unutmayıblar. "Rəisdən başqa səs verməyə adam yoxdur. Uzun adam, bəlkə bu Avropaya da bir əl atasan?" – seçki bülletenlərindən birinin üstünə yazılıb.
Xatırladaq ki, buna bənzər situasiyaya əvvəllər də rast gəlinib. Martın ortalarında Niderlandda keçirilən seçkilər zamanı burada yaşayan türklər də Ərdoğana səs vermişdilər.
— e-Raportal (@e_Raportal) 24 апреля 2017 г.
Avropada Ərdoğanla bağlı gedən bu kampaniyanın arxasında ciddi səbəb dayanır. Belə ki, Türkiyədə Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumdan əvvəl Türkiyə rəhbərliyindəki şəxslərin türkəsilli seçicilər arasında "evet" (bəli) kampaniyasına dəstək qazanmaq üçün Avropa ölkələrində keçirməyi planlaşdırdıqları tədbirlər ləğv edilib. Niderland, Almaniya və digər Avropa ölkələri Türkiyənin hakim partiyasını təmsil edən şəxslərə bu tədbirləri keçirməyə imkan verməyib.
Bunun nəticəsi olaraq, aprelin 16-da keçirilən referendumda Avropada yaşayan türklərin 60%-i dəyişikliklərə "evet" deyiblər. Baxmayaraq ki, referendumun ümumi nəticələrinə görə, "evet"çilər cəmi 51.4 % səs qazanıblar.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.