Adana şəhərində məktəbliləri daşıyan avtobus avtomobillə toqquşub

Yenə məktəbli avtobusu, yenə qəza

709
Hadisə nəticəsində 18 şagird yaralanıb

BAKI, 24 aprel — Sputnik. Türkiyənin Adana şəhərində məktəbliləri daşıyan avtobus avtomobillə toqquşub. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 şagird yaralanıb.

Şagirdlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis, hadisə ilə bağlı araşdırma başladıb.

709
Teqlər:
Adana şəhəri, şagird, avtobus, Türkiyə, avtomobil
Əlaqədar
Gürcüstanda baş verən yol qəzasında 6 nəfər ölüb
Qadın sürücüdən inanılmaz qəza: 11 maşın sıradan çıxdı
Göyçayda ağır qəza, keçmiş rəis dünyasını dəyişdi
Türkiyədə müəmmalı helikopter qəzası
Avstriyada qatar qəzası, xəsarət alanlar var
Qubada ağır qəza: içində 8 nəfər olan avtobus dərəyə aşdı
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Putin Lukaşenko 33 rusiyalının saxlanılmasını müzakirə ediblər

0
Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi.

BAKI, 7 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin telefonla Belarusdan olan həmkarı Aleksandr Lukaşenko ilə respublikada 33 Rusiya vətəndaşının saxlanılmasını müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi", - deyə Kremlin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, Moskva Belarusda sabit ölkədaxili vəziyyətin saxlanılmasında və sakit mühitdə prezident seçkilərinin keçirilməsində maraqlıdır.

Bu arada, Belarus Prezidentinin mətbuat xidməti vurğulayıb ki, ölkə başçıları vəziyyəti "ən ciddi şəkildə həll etməyə çalışırlar".

"Prezidentlər yaranmış vəziyyətin əsl səbəblərini müəyyən etmək, günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək üçün mövcud olan hər bir faktı mümkün qədər əsaslı və hərtərəfli şəkildə öyrənməyə dair razılığa gəldilər", - deyə rəsmi Minskin yaydığı məlumatda bildirilir.

0
ABŞ dollarları, arxiv şəkli

Qarşılayın! Bu da yeni ultramilyarderimiz

4
(Yenilənib 16:01 07.08.2020)
Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb

BAKI, 7 avqust — Sputnik. "Facebook" şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberqin sərvəti ilk dəfə olaraq 100 milyard dolları keçib. Bu barədə Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir.

Bununla da o dünyada yeni ultramilyarder olub. Daha əvvəl ultramilyarder adını "Amazon" şirkətinin rəhbəri Ceff Bezos və "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts qazanmışdı.

Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb. "Reels" funksiyası "TikTok" tətbiqinə bənzəyir.

4