"Ərdoğanı öldürün" çağırışı edən şəxs dəhşətə gəldi

© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/HandoutTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Filip Defarj: "Türkiyənin gedişatından narahat olsam belə, bu cür ifadəni işlətməli deyildim. Səhv elədim, üzr istəyirəm".

BAKI, 24 aprel — Sputnik. Dünən Fransada özəl telekanalların birində canlı yayım əsnasında "Ərdoğan öldürülməlidir" deyən professor Filip Defarj, sonradan işlətdiyi ifadəyə görə üzr istəyib. Sputnik Azərbaycan bu barədə Milliyet-ə istinadən xəbər verir. 

© Photo : PUBLIC DOMAINFilip Defarj
Filip Defarj - Sputnik Azərbaycan
Filip Defarj

Türkiyənin siyasi gələcəyinin müzakirə olunduğu proqramda, Ərdoğan haqda sərt ifadələr işlədən Beynəlxalq Əlaqələr Universitetinin professoru Filip Defarj, türkləri öz prezidentlərini öldürməyə çağırıb: "Referendumun nəticələrini ləğv edəcək bütün hüquqi yollar bağlıdır. Geriyə tək yol qalır, o da prezident Rəcəb Tayyib Ərdoğanın öldürülməsidir".

Proqram bitər-bitməz fransızlar sosial şəbəkələrdə Filip Defarjı tənqid atəşinə tutublar. Onlar, professoru cinayətə təşəbbüs eləməkdə təqsirləndiriblər. Artıq Fransada yaşayan türklərin Avropa İnsan Haqları Məhkəməsinə şikayət məktubu yazmağa hazırlaşdıqları bildirilir.

Tənqidlərə tab gətirə bilməyən professor F. Defarj, sonda üzr istəməyə məcbur qalıb. "Türkiyənin gedişatından narahat olsam belə, bu cür ifadəni işlətməli deyildim. Səhv elədim, üzr istəyirəm" – professor deyib.

Xəbər lenti
0