Вид на Париж, фото из архива

Bu gün Fransada prezident seçkiləri keçirilir

102
(Yenilənib 11:07 23.04.2017)
Namizədlərdən hər hansı birinin 50 faizdən çox səs alacağı proqnozlaşdırılmır

BAKI, 23 aprel — Sputnik. Bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək.

APA-nın məlumatına görə, seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparacaq.

Namizədlərdən hər hansı birinin 50 faizdən çox səs alacağı proqnozlaşdırılmır. İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turunda yarışacaqlar. Sorğuların nəticələrinə əsasən ilk beş sırada qərarlaşan namizədlərdən 4-nün ikinci tura keçmək şansı var. İlk beşliyə radikal Milli Cəbhənin lideri Marin Le Pen, özünü mərkəzçi sayan "En Marche" (Yürüş) Hərakatının lideri Emmanuel Makron, mərkəz sağçı respublikaçıların namizədi Fransua Fiyon, radikal solun namizədi Jan-Lyuk Melanşon və hakimiyyətdəki Sosialist Partiyasının namizədi Benua Amondur. 

Предвыборное выступление Франсуа Фийона в Париже
© Sputnik / Irina Kalashnikova

Hüquqşünas olan 48 yaşlı Le Pen son prezident seçkilərində üçüncü sırada yer alıb. Ancaq onun bu seçkilərdə birinci turu keçəcək iki namizəddən biri olacağına heç kəs şübhə etmir. İslam və qaçqınlara qarşı baxışları ilə fərqlənən Le Penin vədləri sırasında yeni qanunlar qəbul edilənə nədər Fransaya bütün qanunsuz miqrasiyanın dayandırılması var. Digər vədləri sırasında Avropa İttifaqı ilə yeni müzakirələr aparılması və bununla bağlı referendumun keçirilməsi, qeyri-qanuni yolla ölkəyə gələn miqrantların ölkədən çıxarılması, qanuni miqrantların il ərzində sayının 10 min nəfərlə məhdudlaşdırılması, 15 min yeni polisin işə götürülməsi, 40 min nəfərlik yeni həbsxanaların inşası, radikal islamçıların getdikləri məscidlərin bağlanması, sosial məsələlərdə Fransa vətəndaşlarına üstünlük verilməsi, həftəlik iş saatının 35 saata qaldırılması, pensiya yaşının 60 yaş olması var.

Le Penin birinci turu keçməsi şübhə doğurmasa da, İkinci turda qələbə şansı yüksək qiymətləndirilmir. Onun ikinci turda E. Makronla mübarizə aparacağı proqnozlaşdırılır. E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq. Fransa prezidenti Fransua Ollandın maliyyə məsləhətçisi olmuş E. Makron 2004-cü ildə maliyyə naziri təyin edilib. Prezidentliyə namizədliyini irəli sürməmişdən əvvəl nazir postundan istefa verib. Bir il əvvəl qurduğu Yürüş Hərəkatını nə sağ, nə solçu hərəkat kimi qiymətləndirmir. Seçki vədləri sırasında peşə təlimi, kömürdən yenilənən enerjiyə keçid, infrastrukturun müasirləşdirilməsi layihələrinə 50 milyard dollar xərclənməsi, şirkətlərə vergi güzəştləri, 35 saatlıq həftəlik iş saatının artırılması üçün şirkətlərlə müzakirələr aparılması, işsizlik səviyyəsinin 9,7 faizdən 7 faizə endirilməsi var. 

Respublikaçılar Partiyasının sabiq prezident Nikolya Sarkozi və sabiq baş nazir Alen Juppenlə müqayisədə üstünlük verərək namizədliyini irəli sürdüyü sabiq baş nazir F. Fiyon seçki kampaniyası dövründə qalmaqalla üzləşib. F. Filon həyat yoldaşı və iki övladına büdcə vəsaitlərindən şəxsi məqsədləri üçün istifadəyə şərait yaratmaqda günahlandırılıb. Haqqında rəsmi araşdırma başlasa da, ilkin dövrdə namizədlikdən imtina edəcəyini bildirən F. Fiyon bu addımı atmayıb, "siyasi bir sui-qəsd"in qurbanı olduğunu bəyan edib. Bu qalmaqala rəğmən ictimai rəy sorğularında F. Fiyon üçüncü sırada qərarlaşıb. F. Fiyonun vədləri sırasında 0,5 milyon insanı dövlət sektorunda işdən çıxarmaq, həftəlik iş saatının müddətinin 35 saat saxlanılması, mülkiyyət vergisinin ləğv edilməsi, İraq və Suriyada döyüşlərdə iştirak edən cihatçıların Fransa vətəndaşlığından çıxarılması, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının ləğv edilməsinə səy göstərilməsi, Suriya prezidenti Bəşər Əsədə İŞİD terror təşkilatını məğlub etmək üçün yardım edilməsi var.

Jan-Lyuk Melanşonun gənclər arasında dəstəyi yüksəkdir. Fransa Kommunist Partiyası tərəfindən də dəstəklənən Sol Partiyanın namizədi keçən il Dirçələn Fransa Hərəkatının qurub. Avropa İttifaqı ilə razılaşmalara təkrar baxılmasını zəruri sayan J.L. Melanşonun seçki vədləri sırasında səsvermə yaşının 16 yaşa endirilməsi, Fransada prezident üsul-idarəsinin dəyişməsi, parlamentin mövqeyinin gücləndirilməsi, ölkədə heç kimin evsiz qalmaması, səhiyyə xərclərinin dövlət büdcəsindən ödənilməsi var. 

Albaniya parlament məclisi,arxiv şəkli
© Photo : European Western Balkans

B. Amon sabiq baş nazir Manuel Vallsı ilkin seçkilərdə məğlub edərək hakimiyyətdəki Sosialist Partiyasının namizədi olub. Sosialist Partiyasının bölünməsi səbəbindən ilk dörd namizəddən şansı az dəyərləndirilən B. Amon robortlar tərəfindən görülən işlərə vergi qoyulması, işçiləri işə götürməyi və işdən çıxarmağı asanlaşdıran qanunun ləğvini, ayda 2185 avrodan daha az qazananların gəlirlərini artırmaqla bağlı planın hazırlanması, işsizlərə ayda 600 avro ödənilməsi, ən aşağı gəlirli təbəqələrə ayda 200 avro yardım edilməsi, 2025-ci ilə qədər elektrik enerjisinin yenilənən enerji qaynaqları vasitəsi ilə istehsal edilməsi vədlərini verib.

Fransada prezident postu uğrunda mübarizə aparan digər 6 namizədin şansı isə zəif dəyərləndirilir.

102
Teqlər:
Fransada prezident seçkiləri, Marin Le Pen, Jan-Lyuk Melanşon, Emmanuel Makron, Benua Amon, Fransua Fiyon, Fransa
Mövzu:
Fransada prezident seçkiləri (7)
Əlaqədar
Fransadan qəribə Krım açıqlaması
Azərbaycan fransalı reportyorun xahişini nəzərə aldı
Fransızlar üçün Mossad şoku
ABŞ hərbçiləri Əfqənistanda

"Rusiyaya qalib gəlməyin yolunu tapmışıq": Pentaqon nəyə cəhd göstərir?

11
(Yenilənib 23:43 19.01.2021)
"Secure World Foundation"-ın kosmik təhlükəsizlik məsələləri üzrə eksperti Brayan Uiden xatırladır ki, uzun uçuşlarda nüvə enerjisi olmadan keçinmək mümkün deyil. Gələcəkdə yerdən kənar ilk koloniyalar üçün də reaktorlara ehtiyac olacaq.

 

BAKI, 19 yanvar — Sputnik, Andrey Kots. Amerikalılar nüvə enerjisinin hərbi istiqamətini inkişaf etdirmək qərarına gəliblər. Hələlik hakimiyyətdə olan ABŞ Prezidenti Donald Tramp hərbi qüvvələr və kosmik tədqiqatlar üçün kompakt nüvə reaktorlarının hazırlanması barədə fərman imzalayıb. Beləliklə, ABŞ son yarım əsrdə ilk dəfə olaraq atom enerjisindən təkcə Hərbi Dəniz Donanmasında istifadə etməyəcək. Bəs Vaşinqtonu bu addımı atmağa nə vadar edir: Sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Rezerv mənbə

ABŞ Silahlı Qüvvələrinin sualtı qayıqlar və təyyarə gəmiləri artıq nüvə reaktorları ilə təchiz edilib. Bunun sayəsində Amerika donanmasının ən nəhəng vımpelləri, demək olar ki, məhdudiyyətsiz dənizlərdə qala bilir.

Digər ölkələrin hərbi dəniz donanmaları da nüvə enerjisindən istifadə edir. Məsələn, Fransanın nüvə mühərrikli təyyarə gəmisi "Şarl de Qoll" və Rusiyaya məxsus ağır raket kreyseri "Pyotr Velikiy". Bununla belə, ABŞ-ın nüvə mühərrikli gəmiləri daha çoxdur. Amerikalılar bu yolda əldə etdikləri ilə kifayətlənmək fikrində deyillər.

Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi ölkədəki bir hərbi obyektdə kiçik nüvə reaktorlarını nümayiş etdirmək üçün plan hazırlayacaq və onu reallaşdıracaq, həmçinin aşağı güclü mobil reaktoru sınaqdan keçirəcək. Bu cür enerji mənbələri Günəş enerjisindən istifadənin qeyri-mümkün olduğu yerlərdə və müdafiə sahəsində dərin kosmik tədqiqatlar üçün əvəzolunmazdır", – deyə Ağ Evin mətbuat xidməti məlumat verib.

Kiçik nüvə reaktorunun nəyə lazım olduğu açıqlanmır. "Defensenews.com" portalının ekspertləri belə hesab edirlər ki, söhbət ordu bazalarının ehtiyat enerji təchizatından gedir. Əgər hərbi obyektdə elektrik olmasa, reaktor mühüm əhəmiyyətli cihazları enerji ilə təmin edəcək. Fərmana əsasən, ilk prototipin sınaqlarına altı ay ərzində başlanmalıdır. Mütəxəssislərin fikrincə, sınaqlar ABŞ-ın ən böyük poliqonlarından biri olan Nevadadakı hərbi meydançada sınaqdan keçiriləcək.

Kosmosun fəthi

"Secure World Foundation"-ın kosmik təhlükəsizlik məsələləri üzrə eksperti Brayan Uiden xatırladır ki, uzun uçuşlarda nüvə enerjisi olmadan keçinmək mümkün deyil. O cümlədən, Aya, Marsa və başqa planetlərə uçuşlarda da. Gələcəkdə Yerdən kənar ilk koloniyalar üçün də reaktorlara ehtiyac olacaq. Bəzi mütəxəssislər yeni texnologiyaların orbital silah platformalarında istifadə edilə biləcəyinə də inanır. Prinsipcə, bu ssenari kosmosun potensial döyüş meydanı olduğunu düşünən ABŞ Kosmik Qüvvələrinin kifayət qədər aqressiv doktrinasına uyğun gəlir.

"Məncə, bu amerikalılara, ilk növbədə, kosmik məqsədlər üçün lazımdır," - deyə "Orsenal Oteçestva" jurnalının baş redaktoru Viktor Muroxovski RİA Novosoti-yə müsahibəsində bildirib. "Atom reaktoru" söz birləşməsi müxtəlif mənalarda işlənə bilər. Birincisi, bu uranın parçalanması ilə müşayiət olunan zəncirvari reaksiyaya əsaslanan cihazdır. Rusiyada "Burevestnik" və "Poseydon" üçün artıq oxşar qurğular yaradılıb. İkincisi, peyklərdə, radio mayaklarında və hava stansiyalarında istifadə olunan izotopik nüvə enerji mənbələridir. Onlar daha az effektli olsalar da, güclü radiasiya yaymırlar", Mütəxəssis 1950-60-cı illərdə həm ABŞ-da, həm də SSRİ-də təyyarələr üçün kompakt nüvə reaktoru hazırlamağa cəhd göstərildiyini xatırladır. Bununla birlikdə, həmin layihələrdən imtina edildi - hətta ən böyük təyyarə belə heyətin bioloji müdafiə sistemini çəkib aparmağa qadir deyil. Bu səbədən də böyük təyyarələrdə reaktorların tətbiqi məhdudlaşdırılıb", - V.Muroxovski əlavə edib.

Muraxovskinin sözlərinə görə, indiyə kimi heç bir ölkə pilotlu təyyarələrdə, kiçik tonnajlı gəmilərdə və yerüstü nəqliyyat vasitələrində istifadə edilə bilən kompakt reaktor yaratmağa nail olmayıb.

Radiasiya problemi

Vaxtilə nüvə enerji qurğusu qitələrarası strateji bombardmançı təyyarələri olan "Convair B-36"-lar üçün də işlənib hazırlamışdı. "Convair B-36"-lar 1949-59-cu illərdə ABŞ Hərbi Hava Qüvvələrinin silahlandırmasına daxil edilmişdi.

NB-36H uçan laboratoriyasının burun hissəsinə 12 tonluq qoruyucu kapsul quraşdırılmışdı. Gücü 1 meqavat, diametri 1,2 metr və ağırlığı 16 ton olan sürətli neytron reaktoru bomba yuvasına yerləşdirilirdi. O, uçuş zamanı buraxılmalı və təyyarənin göyərtəsindəki hava girişlərindən daxil olan atmosfer havası ilə soyudulmalı idi. Eksperiment maşını 47 uçuş yerinə yetirdi, lakin nüvə mühərriki yalnız qısa müddət ərzində işə salındı.

Əslində, kifayət qədər cəlbedici ideya idi. Əlavə yanacaqdoldurma həyata keçirilmədən bir neçə sutka havada qala bilən belə uçan aparatdan strateji bombardmançı və ya kəşfiyyat təyyarəsi kimi istifadə oluna bilərdi. Lakin problemlər də az deyildi. Birincisi, hər bir atom təyyarəsi, əslində, ona sahib olan ölkənin öz ərazisinə də düşə biləcək "çirkli" bombadır. İkincisi, "eksperiment göyərtəsi" həm də havada özü ilə birgə radioaktiv maddələr daşıyırdı. Nəhayət, hər bir halda şəxsi heyət ciddi şüalanmaya məruz qalırdı.

ABŞ-da yerüstü texnikaya da nüvə reaktoru quraşdırmağa cəhd göstərilib. Bu 25 tonluq "Chrysler TV-8" tankı heç vaxt kütləvi şəkildə istehsal edilməyib - standart sistemlərin yalnız bir hissəsi ilə təchiz olunmuş tam ölçülü maket şəklində mövcud olub. Tank kiçik bir nüvə reaktorunun qızdırdığı buxar mühərriki ilə idarə edilməli idi. Bununla belə, tank çox mürəkkəb mexanizm hesab edildi, onun döyüş qabiliyyəti isə ənənəvi nəqliyyat vasitələrindən imtina etmək üçün yetərsiz sayıldı. Beləliklə, 1956-cı il aprelin 23-də layihə ləğv olundu.

11
Türkiyədə vətəndaşların vaksinasiyası, arxiv şəkli

Türkiyədə yerli koronavirus peyvəndinin tarixi bilindi

12
(Yenilənib 23:07 19.01.2021)
Bu an mRNT peyvəndlərindən ilkinin heyvanlar üzərində sınaqlarını tamamladıq. Digər iki peyvəndin də insanlar üzərində sınaqlarına başlamaq niyyətindəyik. Bu sınaqlardan əldə edəcəyimiz nəticələr ən gec yanvar ayının şounda ortaya çıxacaq.

BAKI, 19 yanvar — Sputnik. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) dəstəyi ilə Türkiyənin COVİD-19-a qarşı ilk mRNT peyvənd üzrə işlər davam etdirilir. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Səlçuk Universitetinin Tibb fakültəsinin doktoru Nadir Koçak bildirib.

O, qeyd edib ki, bu ilin aprelindən yerli peyvəndin sınaqlarına başlanılacaq: "Yay fəsli bitmədən yerli mRNT peyvəndinin bazar çıxarılması üçün bütün gücümüzlə işləməyə davam edirik".

Nadir Koçak vurğulayıb ki, Türkiyədə tək mRNA peyvəndi əvəzinə 3 fərqli mRNT peyvəndi növü üzərində iş aparılır: "Bunun sayəsində ən effektli peyvəndi müəyyənləşdirərək aprel ayından etibarən insanlar üzərində sınaqlara başlayacağıq. Bu an mRNT peyvəndlərindən ilkinin heyvanlar üzərində sınaqlarını tamamladıq. Digər iki peyvəndin də insanlar üzərində sınaqlarına başlamaq niyyətindəyik. Bu sınaqlardan əldə edəcəyimiz nəticələr ən gec yanvar ayının şounda ortaya çıxacaq".

Türkiyəli doktor qeyd edib ki, hazırlanan peyvənd üçün soyuq zəncirə ehtiyac qalmayacaq: "6 aya qədər otaq istiliyində qala biləcək bir molekula işləyirik".

mRNT canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT növüdür. mRNT RNT polimeraza fermenti tərəfindən istehsal olunur. Hər zülal üçün fərqliı mRNT molekulları işlədilir. DNT'dəki koda görə yaradılan olunan mRNT üzərində daşınan üçlü nukleotid qurupuna kodon deyilir. Hər kodon bir amin turşusu kodlayır. mRNT üzərində ən çox 64 növ kodon yerləşir. Bir mRNT təkrar-təkrar istifadə oluna bilir və ömrünü bitirdikdən sonra sonra parçalanır. mRNT, hüceyrədə ən az miqdarda olan RNT növüdür. Hüceyrədəki RNT'lərın təxmini olaraq 5% təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17