Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens

Şimali Koreya sülhə ən böyük təhlükədir

30
(Yenilənib 17:17 22.04.2017)
Maykl Pens: "Bölgədəki müttəfiqlərimiz və Çin ilə rejim üzərində iqtisadi və diplomatik təzyiq etməyə çalışırıq"

BAKI, 22 aprel — Sputnik. Şimali Koreya Asiya və Sakit Okean regionunda sülhün önündəki ən böyük təhlükədir. Bu barədə Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens açıqlama verib.

Avstraliyada səfərdə olan Pens, Sidneydə bu ölkənin baş naziri Malkolm Törnbul ilə görüşüb. Görüşdən sonra mətbuata danışan ABŞ rəsmisi Pxenyan rəhbərliyinə qarşı hazırladıqları planı açıqlayıb.

"Bölgədəki müttəfiqlərimiz və Çin ilə rejimə iqtisadi və diplomatik təzyiq etməyə çalışırıq" — Pens bildirib.

O, Şimali Koreyanı nüvə proqramı səbəbilə, Asiya və Sakit okean bölgəsində "ən böyük təhlükə" olaraq xarakterizə edib.

30
Teqlər:
Malkolm Törnbul, Maykl Pens, Pxenyan, Şimali Koreya, Asiya, Avstraliya, Çin, ABŞ
Əlaqədar
Şimali Koreya ABŞ-a meydan oxudu - müharibə siqnalı
Şimali Koreyaya son xəbərdarlıq edildi
Amerika Koreyaya qarşı gücdən istifadə edə bilərmi?
Şimali Koreya ABŞ-ı nüvə müharibəsi ilə hədələdi