Ruslar Türkiyədə cənnət tapdılar

© Flickr / pjs2005Самолет BAe 146-200
Самолет BAe 146-200 - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhər rəhbərliyi rus turistlərə musiqi sədaları altında müxtəlif hədiyyələr verib və onların şərəfinə tort kəsib

BAKI, 22 aprel — Sputnik. Rusiyadan Türkiyənin Alaniya şəhərinə gələn rus turistlər hava limanında xoş sürprizlə qarşılanıb. Turistləri daşıyan təyyarə hava limanına enər-enməz, yanğın söndürən maşınlar onların üzərinə su səpib. Həmçinin güllərlə qarşılanan ruslar, təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

© PhotoGüllərlə qarşılanan ruslar, təşkilatçılara öz təşəkkürlərini bildiriblər
Güllərlə qarşılanan ruslar, təşkilatçılara öz təşəkkürlərini bildiriblər - Sputnik Azərbaycan
Güllərlə qarşılanan ruslar, təşkilatçılara öz təşəkkürlərini bildiriblər

Türkiyə mətbuatının yazdığına görə, qarşılama mərasimində Alanya Bələdiyyə Başçısı Adəm Murat Yücel, Gazipaşa Bələdiyyə Başçısı Adil Çelik, həmçinin şəhər prokuroru Cengiz Aşıklı da iştirak edib. Şəhər rəhbərliyi rus turistlərə musiqi sədaları altında müxtəlif hədiyyələr verib və onların şərəfinə tort kəsib.

Xəbər lenti
0