Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, 10 mart 2017-ci il

Putin Ərdoğan bu tarixdə görüşəcəklər

68
(Yenilənib 23:12 21.04.2017)
Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə martın 10-da Rusiyanın paytaxtı Moskvada görüşmüşdülər

BAKI, 21 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb.

Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın mayın 3-də Soçidə görüşəcəklərini bildirib.

Peskov iki liderin görüşdə xüsusilə Suriyadakı vəziyyəti müzakirə edəcəklərini söyləyib.

Qeyd edək ki, Soçidə keçiriləcək görüş Ərdoğan və Putinin il ərzindəki ikinci görüşü olacaq. Onlar sonuncu dəfə martın 10-da Rusiyanın paytaxtı Moskvada görüşmüşdülər.

68
Teqlər:
Prezidentlərin görüşü, Dmitri Peskov, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Soçi, Moskva, Rusiya, Suriya, Türkiyə
Əlaqədar
Ərdoğandan etiraf: "Bizi aldatdılar"
Ərdoğanın əsas "qala"ları niyə bayraq dəyişdirdi?
Kreml: Putin Ərdoğanı təbrik edib
Müxalifətin lideri Ərdoğanı Koroğlu ilə vurdu