Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğandan etiraf: "Bizi aldatdılar"

634
(Yenilənib 11:58 20.04.2017)
"Dəfələrlə müttəfiqlik prinsiplərinə sadiq qalacağına söz verdi, amma nəticədə İŞİD-ə qarşı Türkiyə dövləti ilə yox, terrorçu PYD ilə iş gördü"

BAKI, 20 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətərin dünyaca məşhur "Əl-Cəzirə" telekanalına özəl müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, regional və qlobal mövzuda bir çox məsələyə toxunan Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Barak Obama haqqında da danışıb. Obamanı yalançı adlandıran Türkiyə prezidenti, Amerikanın keçmiş rəhbərini Türkiyə hökumətini aldatmaqda təqsirləndirib.

"PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-PYD barəsində, cənab Obama təəssüf ki, bizi aldatdı. Dəfələrlə müttəfiqlik prinsiplərinə sadiq qalacağına söz verdi, amma nəticədə İŞİD-ə qarşı Türkiyə dövləti ilə yox, terrorçu PYD ilə iş gördü" — Ərdoğan bildirib.

Jurnalistin, "Bəs Donald Trampdan da eyni davranışı gözləyirsinizmi?" sualına prezident belə cavab verib: "Xeyr, bunu ehtimal etmirəm. Çünki cənab Tramp hakimiyyətə başlar-başlamaz Suriya məsələsində Türkiyə ilə yaxından çalışacağını söylədi".

634
Teqlər:
Obama, Əl-Cəzirə, Türkiyə prezidenti, Qətər, Rəcəb Tayyib Ərdoğan, Azərbaycan, ABŞ, İŞİD
Əlaqədar
Kreml: Putin Ərdoğanı təbrik edib
Müxalifətin lideri Ərdoğanı Koroğlu ilə vurdu
Ərdoğanla Tramp mayda görüşə bilər
Ərdoğan referendumda qalib gəldi, bəs Turkiyə?
Ərdoğan dərhal hərəkətə keçdi
Ərdoğan: "Referendumun nəticələri Türkiyə dövlətinə xidmət edəcək"
Ərdoğandan referendumla bağlı mühüm açıqlama
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

2
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

2
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

12
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

12
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0