Detainment of Abror Azimov, one of masterminds of St.Petersburg metro act of terrorism

Qanlı terror aktı üçün pul köçürən şəxs tutuldu

126
(Yenilənib 23:36 19.04.2017)
Sankt-Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından bir Abror Əzimovun qardaşı bu gün Moskva yaxınlığında saxlanılıb

BAKI, 19 apr — Sputnik. Sankt-Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından bir Abror Əzimovun qardaşı bu gün Moskva yaxınlığında saxlanılıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.

Araşdırma zamanı məlum olub ki, 1988-ci il təvəllüdlü Əkrəm Əzimov terror aktının hazırlanması zamanı pulların keçirilməsinə köməklik edib. O, eyni zamanda beynəlxalq terror təşkilatlarının emissarları ilə rabitə kanalının təşkilində iştirak edib.

Əkrəm Əzimovun kiçik qardaşı Abror aprelin 17-də Moskva vilayətinin Odintsovo rayonunda saxlanılıb. Ə.Əzimov terrorçu-kamikadze Akbarjon Cəlilovu şəxsən hazırlamaqda ittiham olunur.

Aprelin 3-də Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyaları arasında hərəkət edən qatarda partlayış baş verib. Nəticədə 15 nəfər ölüb, 50-yə yaxın adam xəsarət alıb.

Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

126
Teqlər:
metroda partlayış, texnoloqiçeskiy institut-2, Sennaya ploşad, Sankt-Peterburq metrosu, kamikadze, Moskva, terrorçunun qardaşı tutulub, Akbarjon Cəlilov, Abror Əzimov, Əkbər Əzimov, Rusiya
Əlaqədar
Sankt-Peterburq terroruna dair mühüm detallar üzə çıxıb
Sankt-Peterburq metrosunda partlayış: ölən və yaralananlar var
Peterburq terrorunun təşkilatçısı həbs edildi

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

40
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

40
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ
Buludlar arasında ay, arxiv şəkli

Dünyanın başına yeni Ay dolanır

19
(Yenilənib 23:34 24.11.2020)
Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır

BAKI, 24 noyabr — Sputnik. Dünyanın ətrafına üç ildir ki, dövr edən miniatür peyk aşkar edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər bu obyekti planetimizin yaxınlığında olarkən aşkar edə biliblər.

Göydəki zəif bir nöqtəni 2020-ci ilin fevralında Arizonadakı "Catalina Sky Survey"dən olan astronomlar görə biliblər. Onlar obyekti "2020 CD3" adlandırıblar. Peykin təbiətini müəyyən etmək dərhal mümkün olmayıb. Əvvəlcə alimlər onun bir qaya parçası, bir peyk və ya raket parçası ola biləcəyini düşünüblər.

Daha sonra kiçik peyk yaxından araşdırılıb, onun təbii mənşəli olduğu qənaətinə gəliblər. Diametri yalnız 1,2 metr olan peyk Günəş sisteminin asteroid qurşağındakı əksər obyektlər kimi silikatlardan ibarətdir.

Tədqiqatçılar onun trayektoriyasını müşahidə edərək, müəyyən ediblər ki, peyk Yerin orbitində 2,7 il əvvəl görünüb. Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır. "2020 CD3" həqiqi Aya çox yaxın uçub və bu onu daha sabit bir orbitə çıxarıb.

2020-ci ilin martında peyk Yer kürəsinin yaxınlığını tərk edib. Ancaq elm adamlarının dediyi kimi, Çilidə Vera Rubin Rəsədxanası işə düşdükdən sonra çox sayda belə miniatür obyekt tapa biləcəklər. Ən yaxşı halda, komanda iki-üç ayda bir yeni "mini Ay" kəşf edəcək. Bu tip asteroidlər haqqında çox az şey bilinir və onların Yerin orbitinə yaxınlaşması müşahidə üçün misilsiz imkanlar yaradır.

19
Teqlər:
kosmos, Yer, peyk, Ay
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

69
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

69
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu