Şərab

İsa peyğəmbərin "Sirli şam yeməyi"nin müəmması çözüldü

1664
(Yenilənib 19:51 19.04.2017)
ABŞ alimi Patrik Makqovern İsa peyğəmbərin "Sirli gecə" vaxtı məhz hansı şərabdan içdiyini müəyyən edib

BAKI, 19 aprel — Sputnik. ABŞ alimi Patrik Makqovern (Patrick Edward McGovern) İsa peyğəmbərin "Sirli gecə" vaxtı məhz hansı şərabdan içdiyini müəyyən edib. Onun sözlərinə görə, İsa peyğəmbərin vaxtında Qüdsdə konsentrə olunmuş şərabdan tez-tez istifadə edirdilər.

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən məlumatına görə, Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyinin mütəxəssisləri bildiriblər ki, bu, ədviyyat və meyvədən hazırlanmış konsentrə edilmiş içki idi. O vaxtlar Qüdsdə nar və mandraqora köklərindən hazırlanmış içkilər geniş yayılmışdı.

Amerikalı alimlər onu da bildiriblər ki, 2 min il əvvəldən etibarən şərab zamanla müxtəlif hallara düşüb. Lakin İsa peyğəmbərin seçdiyi şərab növünü müəyyən etmək asandır. Bir çox kilsə yazılarında şərabın zəfəran və darçın ətri verdiyindən danışılır.

Sirli gecə
© Wikipedia
"Sirli gecə"

Qeyd etmək lazımdır ki, məhz bu içki Yerusəlimə həmin ərazilərin yerli sakinləri olan qədim Roma legionerləri tərəfindən gətirilib. Makqovern içkilərin qorunduğu qədim gəmiləri tədqiq edib. O, həmin gəmilərin divarlarından götürülmüş nümunələr əsasında oradakı içkilərin kimyəvi tərkibini və xarakterini müəyyən edib.

Alim İsa Məsihin yaşadığı zamanlarda məşhur insanların içdiyi içkilərin xarakterinə dair bir neçə nəticəyə gəlib. Lakin məhz "Sirli gecə"də içilən şərabın nə olduğunu dəqiq söyləyə bilməyib.

"Əgər kimsə mənə "Müqəddəs Piyalə"ni (İsa peyğəmbərin şərab içdiyi piyalə — red.) tapsa və onu laboratoriyama göndərsə, biz onu analiz edərək İsa Məsihin içdiyi şərabın tərkibi barədə məlumat verə bilərik" – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, xristian mənbələrinə görə, sirli şam yeməyi İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə 12 həvarisi ilə yediyi yeməkdir. Bu yeməkdə İsa Məsih "Rəbbin süfrəsi" ayinini təsis edib. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər.

"Sonuncu şam yeməyi"nin yeyildiyi gecəni də "Sirli gecə" adlandırırlar. Sözügedən şam yeməyinin yəhudilərin Pasxa bayramı vaxtı baş verdiyi iddia edilir.

Həm bu şam yeməyi, həm də "Yevxaristiya" "Tövrat"ın dini simvolikası ilə sıx bağlıdır. İnsanların bir-biriləri və Uca Tanrı ilə birliyin rəmzi olaraq müqəddəs süfrədə iştirak etmə adəti qədimdən mövcud olub. Yəhudilərin arasında da belə adət-ənənə var idi. İsa Məsih bu qədim adət-ənənə əsasında müqəddəs "Şəriklik süfrəsi", yaxud "Rəbbin süfrəsi" və ya sonradan xristian kilsəsində "Yevxaristiya" kimi qəbul olunan müqəddəs mərasimi təsis edib.

1664
Teqlər:
"Rəbbin süfrəsi", "Sirli gecə", Patrick Edward McGovern, Patrik Makqovern, Yerusəlim, İsa Məsih, alim, şərab, İsa peyğəmbər, ABŞ
Əlaqədar
Ölkə başçısı: İsa peyğəmbərin doğum günü içki və zina ilə qeyd olunmaz
İsa Qəmbərin namizəd olacağı dairə müəyyənləşib
Eks-prezident: İsa Məsih eynicinlilərin nikahına qarşı çıxmazdı
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar