TBMM Genel Kurulu

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

8
(Yenilənib 23:15 18.04.2017)
Fövqəladə vəziyyət rejimi bundan əvvəl 3 dəfə uzadılıb

BAKI, 18 apr — Sputnik. Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb.

Sputnik Azərbaycan-ın Hurriyet-ə istinadən verdiyi xəbərə görə, parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib. Beləliklə, fövqəladə vəziyyət rejiminin müddəti iyulun 19-dək uzadılıb.

Qeyd edək ki,  fövqəladə vəziyyət rejimi bundan əvvəl 3 dəfə uzadılıb. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.  


8