PKK rəhbərliyində kütləvi istefa

© AFP 2023 / SAFIN HAMEDPKK terrorçuları, arxiv şəkli
PKK terrorçuları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
PKK terror təşkilatında siyasi və hərbi baxımdan yüksək vəzifə tutan təxminən 50 nəfər silahları ataraq evlərinə qayıdıb

BAKI, 18 apr — Sputnik. İraqda Mosulun Sincar bölgəsindəki kürd silahlılarının liderlərindən Kasım Dirbo PKK terror təşkilatında siyasi və hərbi baxımdan yüksək vəzifə tutan təxminən 50 nəfərin silahları ataraq evlərinə qayıtdığını bildirib.

Bu barədə Sputnik Azərbaycan Türkiyə mediasına istinadən məlumat verir.

Dirbo PKK-nın sözügedən bölgədə gündən-günə zəiflədiyini bildirib.

Dirbonun sözlərinə görə, silahı atan şəxslər vaxtilə İraqa yezidi kürdlər arasında təbliğat aparmaq və onlara hərbi təlim keçmək məqsədilə gəliblər. Lakin bu ideyadan nəticə alınmadığını görən PKK-çılar özləri dinc həyata qayıtmaq yolunu seçiblər.

Xəbər lenti
0