Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan

Ərdoğanla Tramp mayda görüşə bilər

17
İbrahim Kalın: "Prezidentlərin görüşü mart ayına planlaşdırılırdı. Ancaq məlum referendum prosesi səbəbindən görüş təxirə salındı".

BAKI, 18 apr — Sputnik. ABŞ prezidenti Donald Tramp, referendumdakı qələbəsindən dolayı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Sputnik Türkiyə xəbər verir ki, telefon danışığı zamanı liderlər üz-üzə görüş vaxtını da müzakirə ediblər.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının dediyinə Tramp-Ərdoğan görüşü may ayında reallaşa bilər: "Əslində prezidentlərin görüşü mart ayına planlaşdırılırdı. Ancaq məlum referendum prosesi səbəbindən görüş təxirə salındı".

17
Teqlər:
Donald Tramp, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ, referendum, prezident
Əlaqədar
Ərdoğan referendumda qalib gəldi, bəs Turkiyə?
Ərdoğan dərhal hərəkətə keçdi
Ərdoğan: "Referendumun nəticələri Türkiyə dövlətinə xidmət edəcək"
Ərdoğandan referendumla bağlı mühüm açıqlama
İŞİD Ərdoğanı hədəfə aldı
Ərdoğanın bu halı sosial şəbəkələrdə maraqla qarşılanıb