Türkiyədə referendum

Beynəlxalq təşkilatlar Türkiyədə keçirilən referenduma mənfi rəy verdi

3229
(Yenilənib 18:34 17.04.2017)
"Təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb. MSK-nın tərəfsiz mövqe tutmaq səlahiyyəti ortadan qaldırılıb"

BAKI, 17 apr — Sputnik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞPA müşahidəçiləri ötən gün Türkiyədə keçirilən Konstitusiya islahatlarına dair referendumla bağlı gözlənilən hesabatını açıqlayıblar. "MSK-nın möhürsüz bülletenlər haqqındakı qərarı qanunla bağlı əhəmiyyətli bir zəmanəti aradan qaldırdı" ifadəsinin yer aldığı hesabatda bildirilir ki, "referendum ümumilikdə Avropa Şurası standartlarına uyğun deyil".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERS

Sputnik Türkiyə xəbər verir ki, ATƏT və AŞPA mütəxəssislərindən ibarət Konstitusiya referendumu müşahidə missiyası tərəfindən təşkil olunan mətbuat konfransında əsasən bunlar vurğulanıb:

— Konstitusiya referendumu qeyri-bərabər şərtlər altında keçirilib;

— Səslərin sayılması prosesində son anda edilən dəyişikliklər vacib olan etibarı aradan qaldırıb;

— Ziyarət etdiyimiz məhdud sayda seçki məntəqəsindəki qutular referendum günündə qaydalara uyğun idi;

— Ümumilikdə, referendum standartları tətbiq olunmadı, hüquqi çərçivə demokratik bir prosesin həyata keçirilməsi üçün qeyri-kafi idi.

Birgə hazırlanan hesabatda həmçinin bildirib:

— Konstitusiya referendumunda icra orqanları "evet" kampaniyasının lehinə qanunsuz təbliğat aparıb;

— Təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb. MSK-nın tərəfsiz mövqe tutmaq səlahiyyəti ortadan qaldırılıb;

— Konstitusiya referendumu beynəlxalq standartlardan geri qalıb;

— MSK-nın möhürsüz bülletenlər haqqında qərarının əhəmiyyətli olan etibarı aradan qaldırdığı və qanuna zidd olduğunu söyləyə bilərik.

ATƏT-ın Türkiyədəki referendumla bağlı müşahidə missiyasının rəhbəri Sezar Florin Predanın yaydığı bəyanatda həmçinin qeyd edilib ki, referendumun texniki aspektləri yaxşı təşkil edilsə də, islahatların əsas aspektləri, fundamental azadlıqların məhdudlaşdırılması və mümkün mənfi effektlərlə bağlı ictimaiyyətə tərəfsiz məlumatlar verilməyib. ATƏT missiyası qeyd edib ki, referendumda bəzi regionlar istisna olmaqla, böyük problemlər yaşanmayıb.

"Lakin seçki məntəqələrində vətəndaş cəmiyyətinin nümayəndələrinin olmaması təəssüf doğurur" — hesabatda vurğulanır.

Müşahidə missiyasının qənaətincə, ölkədəki referendum ərəfəsi durum hakimiyyətin xeyrinə olub: "Fövqəladə vəziyyət mediada siyasi partiyaların və bitərəflərin mövqeyinin tərəfsiz şəkildə işıqlandırılmasına imkan verməyib".

3229
Teqlər:
Konstitusiya islahatları, müşahidəçi, hesabat, ATƏT, AŞPA, Türkiyə, referendum
Əlaqədar
Avropa Şurası Türkiyədə keçirilən referendumu dəyərləndirdi
Ərdoğan: "Referendumun nəticələri Türkiyə dövlətinə xidmət edəcək"
İlham Əliyev: "Bu referendum Türkiyə tarixində yeni mərhələnin başlanğıcı olacaq"
Türkiyədə referendumda seçici fəallığı məlum oldu
Referenduma görə peyğəmbərin sözlərinə də müdaxilə etdilər
Türkiyədə referendumda saxtakarlıq: CHP nəticələri ləğv etməyə çalışır
Ərdoğandan referendumla bağlı mühüm açıqlama
Prezident səlahiyyətlərinin genişləndirilməsi üçün referendum keçiriləcək