İŞİD bayrağı

Kim haqlıdır: Rəsmilər, yoxsa İŞİD?

64
(Yenilənib 13:19 15.04.2017)
ABŞ Əfqanıstana atdığı "superbomba"nın 90-dan çox İŞİD-çini məhv etdiyini iddia edir

BAKI, 15 apr — Sputnik. ABŞ-nın Əfqanıstanın şərqinə "superbomba" atması nəticəsində 90-dan çox İŞİD silahlısı məhv edilib.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın Nanqarhar əyalətinin Açin qəzasının rəhbəri İsmayıl Şinvari bildirib: "ABŞ aviasiyasından atılan bombanın partlaması nəticəsində azı 92 İŞİD yaraqlısı öldürülüb”.

Qeyd edək ki, Pentaqon Əfqanıstanda İŞİD-ə qarşı ilk dəfə “bombaların anası” adı verilmiş güclü fuqas aviasiya bombasını sınaqdan keçirib. 9.5 ton çəkisi olan "superbomba" aprelin 13-də MS-130  təyyarəsindən atılıb.

Məlumata görə, ABŞ 15 ədəd bu tipli bombaya malikdir. Ağ Evdən verilən məlumata görə, zərbə terrorçuların sığındığı tunelə endirilib. Rəsmi Vaşinqton bu addımını İŞİD terror qruplaşmasını məhv etməyə dair üzərinə götürdüyü öhdəliyə sadiq olması ilə izah edib.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin bu zərbəsini "çox uğurlu missiya” adlandırıb. 

64
Teqlər:
Pentaqon, İŞİD, Ağ Ev, İsmayıl Şinvari, Donald Tramp, Nanqarhar əyaləti, Əfqanıstan, ABŞ
Əlaqədar
ABŞ heç kimin gözləmədiyi ölkəni bombaladı
ABŞ Suriyanı bombardıman etdi, rus qırıcıları əraziyə yönəldi
İŞİD-dən maraqlı iddia
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar