Террористическая организация Исламское государство

İŞİD-dən maraqlı iddia

190
(Yenilənib 23:59 14.04.2017)
İŞİD ABŞ-ın ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib

BAKI, 14 apr — Sputnik. İŞİD terror qruplaşması ABŞ-ın ötən gün Əfqanıstanda istifadə etdiyi ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib.

APA-nın verdiyi xəbərə görə, qruplaşmanın bəyanatına əsasən, zərbə nəticəsində silahlılardan nə ölən, nə də yaralanan olmayıb.  

ABŞ ötən gün döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. Ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.

Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub.

Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb. 

190