Bu şəxs İranın prezidenti ola bilər

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran districtUS Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
Abunə olmaq
İranda Ruhaninin əsas rəqibinin prezidentliyə namizədliyi qeydə alınıb

BAKI, 14 apr — Sputnik. İranda prezident Həsən Ruhaninin əsas rəqiblərindən sayılan İbrahim Rəisinin prezidentliyə namizədliyi qeydə alınıb.

APA-nın məlumatına görə, İ. Rəisi bildirib ki, ən böyük hədəfi xalqın yaşayış səviyyəsini yaxşılaşdırmaq və işsizliyi aradan qaldırmaqdır.  

“Məhz bu önəmli iş üçün seçkilərdə iştirak edirəm” — deyə o vurğulayıb.

İranın yürütdüyü xarici siyasətə gəldikdə isə İ. Rəisi qeyd edib ki, formalaşdıracağı hökumət İsrail istisna olmaqla, bütün ölkələrlə yaxşı münasibətlər quracaq: “Dünya ölkələri ilə konstruktiv əməkdaşlıq etmək istəyirəm. Suriya ilə bağlı məsələyə gəlincə, düşünürəm ki, ölkənin taleyini Suriya xalqı həll etməlidir”.  

Xəbər lenti
0