CHP sədri Kamal Kılıçdaroğlu Hərbi Hava Qüvvələri bazasında

Müxalif liderinin generallarla görüşü ortalığı qarışdırdı

24
(Yenilənib 16:22 14.04.2017)
"Kılıçdaroğlunun hansı səbəblərdən dolayı Hərbi Hava Qüvvələri bazasında mərasimlə qarşılandığı araşdırılır"

BAKI, 14 apr — Sputnik. "CHP sədri Kamal Kılıçdaroğlunun hansı səbəblərlə 6-cı Hərbi Hava Qüvvələri bazasında mərasimlə qarşılandığı araşdırılmaqdadır". Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"13 aprel tarixində, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, hörmətli Kamal Kılıçdaroğlu, hələ də tam aydın olmayan səbəblərdən hərbi bazada, generallar tərəfindən mərasimlə qarşılanıb. Türkiyə Silahlı Qüvvələri olaraq, bu məsələni araşdırmaqdayıq" — bəyanatda bildirilir.

24
Teqlər:
6-cı Hərbi Hava Qüvvələri, Kamal Kılıçdaroğlu, mərasim, CHP
Əlaqədar
"Müxalifət mitinqlərdə azyaşlılardan istifadə edir"
Müxalifət liderinin qardaşı iqtidar partiyasına qoşulur
Müxalifət lideri zirehli vasitə ilə gəzəcək
Müxalifət liderinin müşaviri həbs edildi
Prezident müxalifətlə dialoq yolunu seçdi