Prezidentliyə iddiaçıların sayı 644-ə çatıb

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran districtUS Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
Abunə olmaq
İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq

BAKI, 14 apr — Sputnik. İranda prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatıb.

AZƏRTAC-ın xəbərinə görə, İran İslam Respublikası Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Onlardan 21-i qadındır.

İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq.

Seçkilər mayın 19-da keçiriləcək.

Xəbər lenti
0