Yeni dövlətin yaranması üçün tarixi şans

© REUTERS / Carlo AllegriFələstin prezidenti Mahmud Abbas BMT-nin 71-ci Baş Assambleyasında çıxışı zamanı, 22 sentyabr 2016-cı il
Fələstin prezidenti Mahmud Abbas BMT-nin 71-ci Baş Assambleyasında çıxışı zamanı, 22 sentyabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Fələstin XİN: Bu görüşdən gözləntilər böyükdür

BAKI, 13 apr – Sputnik. Fələstin rəhbəri Mahmud Abbas Amerikaya səfərə hazırlaşır. 

Sputnik Azərbaycan Gazeta.ru-ya istinadən xəbər verir ki, səfərin may ayının əvvəlində reallaşacağı gözlənilir.

Planlaşdırılan səfərlə bağlı mətbuata açıqlama verən Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib ki, ABŞ prezidenti Donald Tramp Mahmud Abbası Ağ evdə qəbul edəcək.

“Bu görüşdən gözləntilər böyükdür. İsrail-Fələstin danışıqlarının bərpası, müstəqil Fələstin dövlətinin yaranması üçün tarixi razılıq mühiti yarana bilər” — əl-Maliki bildirib.

Xəbər lenti
0