Donald Tramp, arxiv şəkli

Tramp: "Suriya məsələsini bitirməyin vaxtı çatıb"

560
(Yenilənib 11:38 13.04.2017)
ABŞ lideri: "Əgər Rusiya ilə yaxşı yola gedə bilsək, bu, möcüzə olar. Mən hər kəslə yaxşı davranmaq istəyirəm".

BAKI, 13 apr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp, Suriyada yaşanan qanlı olaylarla bağlı mühüm açıqlama verib. O, 2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsinin bitməsinin zamanı çatdığını deyib.

"Artıq Suriyadakı vəhşi savaşı bitirməyin, terrorçuları məğlub etməyin və qaçqınların evlərinə dönməsini təmin etməyin zamanı çatıb" — Tramp bildirib.

Sputnik Azərbaycan First Post-a istinadən xəbər verir ki, ABŞ-ın dövlət başçısı, Bəşər Əsədə dəstəyini hələ də davam etdirən Rusiya prezidenti Vladimir Putin barədə də danışıb: "Putin Rusiyanın lideridir. Rusiya isə güclü bir ölkədir. Əgər Putin və Rusiya ilə yaxşı yola gedə bilsək, bu, möcüzə olar. Mən hər kəslə yaxşı davranmaq istəyirəm".

560
Teqlər:
Donald Tramp, Putin, Suriya, Rusiya, Birləşmiş Ştatlar, prezident
Əlaqədar
ABŞ-a son xəbərdarlıq: "Əgər bir daha Suriyaya bomba atsanız..."
Suriyada uçuşa qadağan zonalar yaradıla bilər
Bəşər Əsədə ağır itki: ABŞ qırıcıları Suriyanı yenidən bombaladı
Britaniya XİN: ABŞ Suriya rejimini yenidən vura bilər
"Türkiyənin Suriya məsələsində aydın və ardıcıl siyasəti yoxdur"
Suriyadakı kimyəvi hücumla bağlı yeni açıqlama yayıldı
Amerika raketləri Suriyanı belə bombardman etdi