Donald Tramp bu prezidenti “heyvan” adlandırdı

© REUTERS / Mike Segar Избранный президент США Дональд Трамп, фото из архива
Избранный президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: "Günahsız insanların üzərinə kimyəvi silahlar və zarin qazı atılan zaman körpələrin qolsuz, ayaqsız və üzsüz halını gördünüz, elə deyilmi?"

BAKI, 12 apr – Sputnik. Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Suriyadakı rejimin rəhbəri Bəşər Əsədi “heyvan” adlandırıb. 

Sputnik-in məlumatına görə, ABŞ-ın Suriyaya geniş ölçülü hərbi əməliyyat planlaşdırmadığını deyən Tramp, Bəşər Əsədin vəhşi heyvandan fərqli olmadığını bildirib: “Günahsız insanların üzərinə kimyəvi silahlar və zarin qazı atılan zaman körpələrin qolsuz, ayaqsız və üzsüz halını gördünüz, elə deyilmi? Bəşər Əsəd bir heyvandır. Rusiya bu heyvanı qorumasaydı, heç bir problem olmazdı”. 

“Əgər mənim etdiyim şeyi Barak Obama vaxtında etsəydi, Suriya bugünkündən daha yaxşı vəziyyətdə olardı” – Donald Tramp əlavə edib. 

Xəbər lenti
0